ABŞ dən Fələstinlə bağlı qalmaqallı qərar
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Amerika Birləşmiş Ştatları artıq ikinci ildir ki, Fələstin Prezidenti Mahmud Abbasa BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən illik sessiyasında iştirak etmək üçün ölkəyə giriş vizası verməkdən imtina edir.
“Yeni Sabah” xəbər verir ki, Vaşinqtonun bu qərarı Fələstin rəhbərliyi və beynəlxalq ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb.
Birləşmiş Millətlər Təşkilatının qərargahının yerləşdiyi ev sahibi ölkə kimi ABŞ-ın üzv və müşahidəçi dövlətlərin nümayəndələrinə viza vermək öhdəliyi olmasına baxmayaraq, rəsmi Vaşinqton Fələstin liderinə qarşı məhdudiyyəti saxlayıb. Bu addım ABŞ və Fələstin muxtariyyəti arasında pisləşən diplomatik münasibətlərin və Yaxın Şərqdə dərinləşən siyasi böhranın növbəti təzahürü kimi qiymətləndirilir. pizza hut
Səfər imkanının məhdudlaşdırılması səbəbindən Fələstin Prezidenti Mahmud Abbasın BMT Baş Assambleyasındakı ənənəvi çıxışını məsafədən — videoformat vasitəsilə reallaşdıracağı və ya nümayəndə heyətinə başqa bir yüksəksəviyyəli rəsminin rəhbərlik edəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 17 Sentyabr 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















