ABŞ Yaponiyaya Fələstinlə bağlı tələb irəli sürdü
Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.
ABŞ Yaponiyanı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstin dövlətini tanımağı rədd etməyə çağırıb.
Metbuat.az xəbər verir ki, bu barədə Kyodo agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb. İddialara görə, ABŞ diplomatik kanallar vasitəsilə Tokio hökumətinə zəng edib. Xəbərdə deyilir ki, ABŞ Fələstin dövlətinin tanınmasına qarşıdır və Yaponiyadan BMT Baş Assambleyasında Fələstini tanımamağı tələb edib. ABŞ tərəfi hesab edir ki, Fələstin dövlətinin tanınması vəziyyəti daha da gərginləşdirəcək ABŞ hökumət rəsmisi bildirib ki, Yaponiyanın Fələstin dövlətini tanıması Vaşinqton və Tokio arasında münasibətləri poza bilər.
Qeyd edək ki, Yaponiyada parlament üzvləri hökumətdən Fələstin dövlətini tanımasını tələb etmişdi. Fransa, Böyük Britaniya, Kanada və Avstraliya da daxil olmaqla bir neçə ölkə Fələstin dövlətini tanıyacaqlarını açıqlayıb.
Baxış sayı:111
Bu xəbər 12 Sentyabr 2025 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















