Icma.az
close
up
RU
ABŞ dən gözlənilməz PEYVƏND QƏRARI Azərbaycanda da tətbiq olunacaq?

ABŞ dən gözlənilməz PEYVƏND QƏRARI Azərbaycanda da tətbiq olunacaq?

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ səhiyyə tarixində mühüm və mübahisəli qərarlardan biri qəbul edilib. 1991-ci ildən tətbiq olunan yeni doğulan körpələr üçün məcburi Hepatit B əleyhinə peyvənd ləğv olunur. Bu addım təkcə ABŞ-də deyil, bütün dünyada tibbi dairələr, valideynlər və hökumətlər arasında ciddi suallar doğurur: bu qərarın arxasında nə dayanır və digər ölkələr də bundan nümunə götürə bilərmi?
Məlum məsələdir ki, superdövlətin qərarları digər ölkələrə təsirsiz ötüşmür.  
 

MÖVZU İLƏ BAĞLI:
Nazirdən uşaqların peyvəndlənməsi ilə bağlı AÇIQLAMA – “2026-cı ilin sonuna qədər...”


Məsələ əslində belədir: universal Hepatit B peyvəndi hər yeni doğulmuş körpəyə avtomatik vurulmasını qadağan edir. Amma körpənin anasında Hepatit B pozitivdirsə yeni doğulana vurulması mütləqdir. Bir çox epidemioloq və pediatr hesab edir ki, bu qərar elmə əsaslanmır, çünki Hepatit B peyvəndi uşaqlarda infeksiyanı demək olar ki, yox səviyyəsinə endirib.
Hazırda dünyada 120-dən çox ölkə Hepatit B üçün universal doğum dozasını tövsiyə edir.  Bir çox ölkələr hələ də Hepatit B infeksiyasının qarşısını almaq üçün erkən müdaxilənin vacibliyini təsdiqləyirlər.
ABŞ-da sözügedən peyvəndin ləğv olunmasının digər ölkələrə nümunə ola bilməsi məsələsinə gəlincə...
Səhiyyə Nazirliyindən Bizim.Media-ya bildirildi ki,  hər ölkədə coğrafi vəziyyət, iqlim, xəstəliklərin yayılması, yayılma sıxlığı və bir sıra digər amillərə uyğun tərtib olunan profilaktik peyvəndlər təqvimi mövcuddur. Belə təqvimin hər bir ölkə üçün özünəməxsus xüsusiyyətləri olur və elmin inkişafına uyğun olaraq, zaman-zaman təkmilləşdirilir.
Peyvənd insanı təhlükəli virus və bakteriyadan qorumağa kömək edən xüsusi hazırlanmış immunobioloji preparatdır.
 

“Ölkəmizdə ÜST və Səhiyyə Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş “Uşaqların İmmunizasiyası üzrə Təlimat”na əsasən Profilaktik Peyvənd Təqvimi mövcuddur. Bu Təqvimə uyğun olaraq bütün yeni doğulan körpələr üçün (tibbi əks-göstərişlər istisna olmaqla) doğuşun ilk günündə Hepatit B  qarşı peyvəndləmə həyata keçirilir”.


Qeyd edək ki, Hepatit B peyvəndi doğuşdan sonra 12 saat ərzində körpəyə vurulur.
Şəfiqə Şəfa, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Dekabr 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri