Icma.az
close
up
RU
Azərbaycanda peyvənd çatışmazlığı?

Azərbaycanda peyvənd çatışmazlığı?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Qlobal peyvənd alyansı GАVI “donor yorğunluğu” adlandırdığı məsələylə bağlı həyəcan təbili çalıb.

Ənənəvi təchizatçılar və donorlar, xüsusən də ABŞ qlobal sağlamlıq təşəbbüslərinə sadiq qalmırlar. Avropa Komissiyasının keçmiş prezidenti və hazırkı GАVI rəhbəri Jose Manuel Barroso bildirib ki, həqiqətən də peyvənd cəmiyyətində gələcək inkişafın istiqaməti ilə bağlı bəzi narahatlıqlar var:

“Ancaq inanıram ki, biz bu çətinliklərin öhdəsindən gələcəyik”.

Barrozunun fikrincə, problemin həlli alyansın yerlərdə işinin səmərəliliyinin artırılmasından - vasitəçilərin minimuma endirilməsindən və aydın şəkildə nəticələrə fokuslanmasından keçir. 

“Açığı, bəzən iş yaxşı getmir.Donor ölkə səviyyəsində səmərəsizlik, itkilər və dayanmalar var. Düşünürəm ki, səmərəlilik baxımından nə edəcəyimizə qərar vermək üçün mükəmməl məqam yetişib".

İyunun sonunda məlum olub ki, ABŞ GАVI-ya vəsait ayırmağı dayandıracaq. Barrozo vurğulayıb ki, Amerikanın bu qərarı təkcə pulun deyil, həm də təcrübənin itirilməsi deməkdir: 

"Ümid edirik ki, onların beynəlxalq inkişafa sadiqliyi davam edəcək”.

Əgər Avropada da maliyyənin ayrılması dayandırılsa, o zaman pyvəndlərlə bağlı duur çox çətin olacaq. 

ABŞ-nin qərarından sonra bəzi Avropa ölkələrinin də oxşar qərarı verməsi mümkündür. Bu isə peyvənd bazarında vəziyyəti daha da gərginləşdirə bilər. 

GAVI artıq 25 ildir fəaliyyət göstərir və bu müddət ərzində bir milyarddan çox uşağın immunizasiyasına kömək edib. 2030-cu ilə qədər daha 500 milyon insana çatmağı hədəfləyir.

“Cebhenfo.az” xatırladır ki, peyvəndlər infeksiyanı təqlid edərək immunitetin güclənməsinə kömək edir, lakin bu "saxta" infeksiya xəstəliyə səbəb olmur.

Bunun əvəzinə, gerçək infeksiya baş verdikdə immunitet sisteminin eyni reaksiyanı inkişaf etdirməsinə imkan yaradır.Beləliklə, orqanizm bir mikrobla qarşılaşdıqda, inkişaf etdirdiyi müdafiə sistemindən istifadə edərək onunla mübarizə aparır və insan xəstəliyə tutulmur. Bu insan artıq həmin xəstəliyə qarşı immunitetə malik olmuş olur.

Mütəxəssislər qeyd edirlər ki, peyvəndlər təkcə fərdləri xəstəlikdən qorumur, həm də cəmiyyətdə peyvəndlənmə 97 faizdən yuxarı olanda cəmiyyəti həmin xəstəliklərdən qoruyur və buna sürü immuniteti deyilir.

Azərbaycanda  körpəylərə göyöksürək, difteriya və tetanusa qarşı GDT, B tipli hemofil infeksiyasına (menengit) qarşı Hib, hepatit B virusuna qarşı HepB, poliomielitə qarşı OPV- IPV, pnevmokok infeksiyasına qarşı Pk, qızılca, parotit və məxmərəyə qarşı QPM peyvəndləri vurulur. Rəsmi qurumlar əmin edirlər ki, Azərbaycana peyvəndlərlə bağlı he bir narahatlıq yoxdur və təminat yüksək səyyədədir.

Valideynlər isə  xüsusilə son zamanlar peyvəndlərə daha ehtiyatlı yanaşırlar. Onlardan bəziləri öz ərizələri əsasında peyvənddən imtina edirlər. 

Xəzər
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 İyul 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri