ABŞ dən gözlənilməz qərar: Bu ölkəyə qarşı sanksiyalar ləğv edildi Yeni dönəm başlayır?
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Suriyaya qarşı sanksiyalarını rəsmi şəkildə ləğv edib.
Milli.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sərəncam imzalayıb.
Lakin keçmiş prezident Bəşər Əsədə, onun tərəfdaşlarına, insan haqlarını pozanlara və kimyəvi silah proqramının iştirakçılarına qarşı tədbirlər qüvvədə qalır.
ABŞ Prezidenti Donald Trampın Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı fərmanı tarixi sənəddir.
Bu fikri Suriya xarici işlər naziri Əsəd əş-Şeybani deyib.
"Biz Prezident Trampın tarixi fərmanını alqışlayırıq. Suriyaya qarşı tətbiq edilən əksər sanksiyalar ləğv edilir", - deyə nazir qeyd edib.
Şeybaninin sözlərinə görə, bu sənədi imzalamaqla Ağ Evin sahibi Suriyaya öz tarixinin yeni mərhələsinə keçməyə kömək edəcək, bununla da ölkə bütünlüklə sabitliyə nail olacaq və beynəlxalq ictimaiyyətə açıq olacaq.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 01 İyul 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















