ABŞ bu ölkəyə qarşı sanksiyaları genişləndirib
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Kuba iqtisadiyyatının inkişafını dəstəkləyən səkkiz təşkilata, iki fiziki şəxsə və beş gəmiyə qarşı sanksiya tətbiq edib.
AZXEBER.COM xəbər verir ki, bu, ABŞ Dövlət Departamentinin press-relizindən məlum olur.
"Bu tədbirlər neft nəqli, Kuba elitası, idxal və texnika tədarükü üzrə ixtisaslaşan dövlət şirkətləri, eləcə də Kuba silahlı qüvvələrinin tədarükçüləri ilə əlaqəli strukturlara şamil edilir", - məlumatda qeyd edilib.
Kuba üzrə siyahıya Çin Milli Elektronika İdxalı və İxracı Korporasiyası (CEIEC), eləcə də onun törəmə strukturu olan "Beijing H&C Technologies" daxil edilib.
"Kubanın hakim elitası Kuba xalqını elektrik enerjisi kəsintiləri, yanacaq qıtlığı və iqtisadiyyatdakı durğunluqla təkbaşına qoyaraq öz zənginləşməsi üçün resurslar toplayır. Bu sistemi qoruyub saxlamaq üçün hakimiyyət ofşor vasitəçilər şəbəkəsinə arxalanır ki, Dövlət Departamenti onların da bir qismini sanksiya siyahısına daxil edir", - qurumdan dəqiqləşdirilib.
Baxış sayı:50
Bu xəbər 06 Noyabr 2026 01:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















