ABŞ dən olan nümayəndə: Hamının mənzil problemi kimi vacib məsələ haqqında düşünməsi çox qiymətlidir
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 21 may, AZƏRTAC
WUF13-də olmaqdan və burada hamının mənzil təminatı barədə düşündüyünü, dünyadakı hər bir insanın ev sahibi ola bilməsi üçün çalışdığını görməkdən çox şadam. Biz hamımız insanıq və mənzil təminatı bir insan hüququdur. Mənzil problemi yaşayanların bu qədər çox olduğu bir dövrdə dünyanın hər yerindən gələn insanların belə vacib məsələ haqqında düşünməsi çox qiymətlidir.
Bunu AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ABŞ-nin San-Fransisko şəhərindən olan iştirakçısı Timothy Svoboda deyib.
O bildirib ki, bu tədbirin dünya miqyasında böyük bir təsiri var.
“Ətrafa baxsanız, bütün dünyadan, hər bir ölkədən insanların olduğunu görərsiniz. Dünya bir məqsəd ətrafında birləşdikdə isə biz böyük bir fərq yarada bilərik”, - deyə Timothy Svoboda əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 21 May 2026 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















