Icma.az
close
up
RU
ABŞ dən ölkəmizə səfər edənlərin sayının artması turizmlə bağlı deyil EKSPERT

ABŞ dən ölkəmizə səfər edənlərin sayının artması turizmlə bağlı deyil EKSPERT

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

 Bu ilin yanvar-iyun aylarında Azərbaycana 10 862 nəfər ABŞ vətəndaşı səfər edib. Bu barədə Dövlət Turizm Agentliyinin məlumatları əsasında hesablamalar aparıb. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz çoxdur. Azərbaycana gələn ABŞ vətəndaşlarının sayı  2022-ci ildə 12 301, 2023-cü ildə 16 971, 2024-cü ildə 22 927 nəfər olduğu halda, 2025-ci ilin lk 6 ayı ərzində 10.862 nəfər olub. Lakin bu ilin yanvar-iyul aylarında Azərbaycana səfər edənlərin ümumi sayında azalma müşahidə edilib. 

Yanvar-iyun ayları ərzində ümumiyyətlə, dünyanın 182 ölkəsindən 1477,9 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz azdır. Səfər edənlər arasında ən yüksək faiz (26,1) Rusiya Federasiyasından gələnlərdir. Siyahıda sonrakı yerləri Türkiyə, Hindistan, İran, Səudiyyə Ərəbistanı, Gürcüstan, Qazaxıstan, Pakistan, Çin tutur. Digər ölkələrdən (İsrail, Özbəkistan, Qırğızıstan, Kanada, Almaniya və sair) gələnlər də olub. Maraqlıdır ki, 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,0 faiz artaraq 61,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,3 faiz azalaraq 237,4 min nəfər təşkil edib. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,5 faizi hava, 23,1 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Ölkəmizə səfər edənlərin ümumi sayında azalma olduğu halda ABŞ-dən gələnlərin sayındakı artım nəylə bağlıdır? 


Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov qeyd etdi ki, ABŞ-dən ölkəmizə səfər edənlərin sayının artması turizmlə bağlı deyil: 


- 2025-ci ilin ilk 6 ayı ərzində ölkəmizə səfər edən ABŞ vətəndaşlarının sayının artması, deməzdim ki, turizmlə əlaqədardır. Bunlar əsasən rəsmi şəxslər, siyasi məsələlərlə əlaqədar səfər edənlərdir. Son dövrlərdə baş verən siyasi hadisələrlə əlaqədar da ola bilsin, gediş-gəlişlər artıb, intensivləşmə müşahidə edilib. Hesab edirəm ki, Amerika vətəndaşlarının ölkəmizə səfərlərinin intensivləşməsi işgüzar münasibətlərin daha sıx formalaşmasıyla bağlıdır. Ölkəmizə gələn turistlərin ümumi sayı isə azalıb. Düzdür, bu, elə də böyük faiz deyil. Amma hotellərdəki doluluq göstəricisinin 40 faiz azalması da bunu təsdiq edir ki, ölkəmizə səfər edən turistlərin ümumi sayında azalma var. Belə vəziyyət regiondakı gərginliklə də bağlıdır. Regiondakı mövcud vəziyyət, Rusiya-Ukrayna münaqişəsinin davam etməsi, quru sərhədlərin bağlı olması turistlərin sayına ciddi təsir göstərir. Hazırda gərginlik davam edir. Hotellərdə doluluq faizi yenə azdır. Rusiyadan, qonşu ölkələrdən səfər edənlər arasında həmvətənlərimiz də çoxluq təşkil edir. Amma onlar əsasən qohum-əqrəba, dost evində, ya da öz şəxsi mənzillərində qalırlar. Ona görə hotellərdə doluluq faizi yüksəlmir. Regionda vəziyyət stabilləşərsə, quru sərhədləri açılarsa, bu, turistlər üçün səyahət imkanlarını artıracaq, turizm potensialımıza da müsbət təsir göstərəcək. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Avqust 2025 07:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri