Icma.az
close
up
RU
Turizmlə bağlı açıqlanan rəqəmlər Ekspert əsas problemləri açıqladı

Turizmlə bağlı açıqlanan rəqəmlər Ekspert əsas problemləri açıqladı

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Bu ilin ilk yarısında Azərbaycanda hotellərdə və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 %, hotellərin gəlirləri isə 3,8 % azalıb. Eyni zamanda, hotellərin doluluq səviyyəsi də 21,4 %-dən 19,3 %-ə enib. Dövlət Statistika Komitəsinin açıqladığı bu rəqəmlər göstərir ki, ölkədə həm gecələmələrin sayı, həm də hotellərin doluluq səviyyəsi azalıb.

Açıqlanan bu rəqəmlər müvəqqəti geriləmənin, yoxsa sektorda həllini gözləyən daha ciddi problemlərin olduğundan xəbər verir?

Azərbaycanda turizm sektorunun inkişafı üçün həyata keçirilən tədbirlər müsbət nəticə versə də, ölkəyə daha çox turist cəlb etmək üçün bir sıra problemlərin aradan qaldırılması vacibdir. Bunu turizm eksperti Əziz Şiriyev Qaynarinfo-ya açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, hazırda dünyada baş verən geosiyasi proseslər bütün dünya iqtisadiyyatına, xüsusilə də turizm sektoruna mənfi təsir göstərir:

"Bu, çox mühüm məsələlərdən biridir. Hazırda ölkəmizə daha çox turist cəlb etmək üçün müxtəlif addımlar atılır. Təbii ki, dünyada baş verən geosiyasi proseslər ümumi dünya iqtisadiyyatına, xüsusilə də turizm sektoruna mənfi təsir göstərir".

Ekspert bildirib ki, turist axınına təsir edən əsas amillərdən biri də Azərbaycanın quru sərhədlərinin bağlı qalmasıdır:

"Digər mühüm məsələlərdən biri quru sərhədlərimizin bağlı qalmasıdır. Bundan da vacib məqamlardan biri aviabiletlərin baha olmasıdır. Xarici turistlər Qafqaz ölkələrini müqayisə edərkən görürlər ki, Azərbaycanın aviabiletləri digər ölkələrlə müqayisədə daha bahadır. Bundan əlavə, aşağıbüdcəli (low-cost) aviaşirkətlərin kifayət qədər olmaması səbəbindən turistlər seçimlərini başqa ölkələrdən yana edirlər. Təbii ki, bu da ölkəyə turist axınına mənfi təsir göstərir".


Onun sözlərinə görə, Azərbaycanın tanıdılması istiqamətində atılan addımlar təqdirəlayiq olsa da, əsas məqsəd turist sayını artırmaq olmalıdır:

"Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər müsbət tendensiya yaradır. Azərbaycanın tanıdılması istiqamətində yeni planlar da həyata keçirilir. Müxtəlif ölkələrdən blogerlərin Azərbaycana dəvət olunması və onların vasitəsilə ölkənin təbliğ edilməsi nəzərdə tutulur. Bunlar müsbət addımlardır. Amma ilk növbədə ölkəyə daha çox turist cəlb edilməlidir. Turistlərin sayı artdıqdan sonra xidmət keyfiyyətini daha da yüksəltmək mümkündür".

Ekspert hesab edir ki, aşağıbüdcəli aviaşirkətlərin Azərbaycana uçuşlara başlaması turizmə ciddi təkan verəcək:

"Artıq oktyabr ayından etibarən Avropanın bir neçə ölkəsindən aşağıbüdcəli aviareyslərin həyata keçirilməsi planlaşdırılır. Bu isə Avropadan Azərbaycana daha çox turist cəlb etməyə imkan verəcək".

Ekspert region hava limanlarının imkanlarından da daha səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb:

"Ölkəmizdə doqquz beynəlxalq hava limanı fəaliyyət göstərir və onların imkanlarından da səmərəli istifadə olunmalıdır. Bütün yük yalnız Bakının üzərinə düşməməlidir. Regionlarda yerləşən hava limanlarına uçuşların qiymətləri daha əlçatan olmalıdır ki, turistlər birbaşa həmin bölgələrə səfər etsinlər. Bu, həm regionların sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək, həm də hava limanlarının fəaliyyətinin daha səmərəli təşkilinə töhfə verəcək".

Günay İlqarqızı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 İyul 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri