ABŞ dən Putinə ultimatum: “Nə baş verəcəyini get Xameneidən soruş!” FOTO
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Senatının nüfuzlu respublikaçı üzvü Lindsi Qrem Prezident Donald Trampın Rusiyaya qarşı elan etdiyi 50 günlük ultimatumla bağlı olduqca sərt və hədə dolu açıqlama verib.
Bakıvaxtı.az xəbər verir ki, senator açıq şəkildə bildirib ki, əgər Rusiya Prezidenti Vladimir Putin və onun müttəfiqləri 51-ci gün nə baş verəcəyini bilmək istəyirlərsə, “gedib Ayətulladan soruşsunlar.”
Xatırladaq ki, Tramp administrasiyası vaxtilə İrana da eyni ilə 50 günlük vaxt vermiş və 51-ci gün İran bombalanmışdı.
Senatorun sözləri bu baxımdan birbaşa Putinə ünvanlanmış xəbərdarlıqdır ki, o, İrandan nəticə çıxarsın. Bu, təkcə bir senatorun mövqeyi deyil — Qremin sözləri əslində ABŞ dövlətinin ümumi mesajıdır və artıq bu mesaj Rusiyaya rəsmi şəkildə çatdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 16 İyul 2025 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















