ABŞ dən Qəzza ilə bağlı açıqlama: Sülh planını tam həyata keçirəcəyik
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Dövlət Departamenti Qəzzada 21 maddəlik sülh planının tam şəkildə həyata keçirilməsində qərarlı olduğunu açıqlayıb.
AZXEBER.COM-un xarici mediaya istinadən məlumatına görə, Dövlət Departamentinin sözçüsü Tommi Piqott İsraildən plana zidd açıqlamalar səsləndirildiyi bir vaxtda Vaşinqtonun mövqeyini dəyişmədiyini bildirib.
Piqott ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı 21 maddəlik sülh planının tam şəkildə icra olunmasında qərarlı olduqlarını vurğulayıb.
ABŞ rəsmisi Qəzzada təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün Beynəlxalq Sabitlik Qüvvəsinin planın əsas komponentlərindən biri olduğunu qeyd edib.
O bildirib ki, bu istiqamətdə zəruri addımların atılması davam etdirilir.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 21 Avqust 2026 04:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















