Icma.az
close
up
RU
Qəzza ilə bağlı sülh planı...

Qəzza ilə bağlı sülh planı...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Bölgəyə sabitlik gələcəkmi?

Qlobal dünyada münaqişələri bitirən lider kimi tanın ABŞ Prezidenti Donald Tramp növbəti münaqişəni bitirməyə hazırlaşır - bu dəfə ABŞ lideri Qəzzadakı münaqişəyə fokuslanıb. O, bölgədə iki ilə yaxın davam edən son müharibəni bitirmək üçün səy göstərir. İsrail Baş naziri Benyamin Netanyahunun Vaşinqtona rəsmi səfəri bu mənada marağa səbəb olub. Qeyd edək ki, bir müddət əvvəl Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqlarında İsrail ilə HƏMAS arasında atəşkəslə bağlı yol xəritəsi tərtib olunmuşdu. Lakin nə İsrail, nə də HƏMAS bu plan üzrə yekun mövqeyə gəlmədilər. İndiki halda isə vəziyyət daha açıq görünür. Bir sıra Avropa ölkələrinin Fələstinin müstəqilliyini tanıması ilə bağlı qərarı Qəzzada münaqişəyə son qoymaqla yanaşı, HƏMAS-ın da fəaliyyətinə xitam verilməsinə hədəflənib. Netanyahunun Vaşinqtona səfəri çərçivəsində səsləndirilən bəyanatlar bunu deməyə əsas verir.

Tramp Qəzzada müharibəni bitirmək üçün plan təqdim edib

Belə ki, sentyabrın 30-da Ağ Evdə Tramp ilə Netanyahu arasında ikitərəfli görüş baş tutub. Görüşdə hər iki lider Qəzzada müharibənin bitməsinə yönələn 21 maddəlik həll planının icrası, o cümlədən ABŞ-ın İsrailə bundan sonrakı dəstəyi barədə müzakirələr aparıb. Görüşdən sonra Tramp və Netanyahu mətbuat konfransında iştirak ediblər. Qəzzada nə zaman müharibəyə son qoyulacağı ilə bağlı jurnalistlərin suallarını cavablandıran Tramp bölgədə atəşkəsin təmin olunması istiqamətində razılaşmanın çox yaxın olduğunu deyib - o, Netanyahunun 21 maddəlik sülh planına razı olduğunu, lakin hələ də HƏMAS-ın təsdiqinə ehtiyac duyulduğunu bildirib. Post-müharibə dövründə Qəzzada idarəçiliyin kimin nəzarəti altında olacağına gəlincə, Tramp bəyan edib ki, bölgənin yenidən qurulmasına nəzarət etmək üçün Keçid Sülh Şurasının yaradılması planlaşdırılır. Onun sözlərinə görə, bu, 21 maddəlik sülh planında öz əksini tapıb. Ağ Evin rəhbəri ərəb ölkələrinin, İsrailin və planda iştirak edən hər kəsin qərarı ilə bu şuraya rəhbərlik edəcəyini, habelə planın hazırlanmasında rol oynamış digər dövlət başçıları, eləcə də Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyrin də şuranın idarəçiliyinə daxil ediləcəyini diqqətə çatdırıb. Tramp, həmçinin HƏMAS-a ciddi xəbərdarlıq edib - o, hərəkatı silahı yerə qoymağa çağırıb; “Əgər Həmas şərtləri qəbul etməsə, məhv ediləcək və ABŞ İsraili tam dəstəkləyəcək. Ərəb dövlətləri HƏMAS-ın tərksilah edilməsi və özünü buraxmasına yardım edəcəklərini söz verib”.

Qeyd edək ki, “Əl Cəzirə” - nin məlumatına görə, Qətər və Misir Trampın Qəzza münaqişəsinin həllinə dair sülh planını HƏMAS-ın danışıqlar qrupuna təqdim edib.

Netanyahu Trampın planını dəstəkləyir

Benyamin Netanyahu öz növbəsində Trampın Qəzzadakı münaqişənin həllinə dair sülh planını dəstəklədiyini bəyan edib - o, qeyd edib ki, ABŞ liderinin planı İsrailin maraqlarına xidmət edir. “Trampın Qəzza planı bizim strateji məqsədlərimizə münasibdir. Bu, bütün girovlarımızı geri qaytaracaq, HƏMAS-ın hərbi imkanlarını aradan qaldıracaq, siyasi hakimiyyətinə son qoyacaq və Qəzzanın bir daha İsrail üçün təhlükə yaratmamasını təmin edəcək,” - deyə Netanyahu vurğulayıb ki, HƏMAS-ın bu planı qəbul etməkdən başqa alternativi yoxdur. “HƏMAS planı rədd etsə və ya qəbul etsə, lakin sonradan ona qarşı hərəkət etsə, İsrail işi özü bitirəcək. Bu asan yolla edilə bilər, ya da çətin yol. Biz asan yola üstünlük veririk, lakin bunu etmək lazımdır”.

Netanyahu İsrailin Trampın sülh planının müddəalarına əməl edəcəyini və bu plana sadiq olacağını da bildirib. “Bundan sonra bütün girovlar 72 saat ərzində azad ediləcək. Növbəti mərhələdə HƏMAS tamamilə tərksilah ediləcək və Qəzza demilitarizasiya olunacaq”.

Sülh planında əsas məqamlar - HƏMAS etiraz edir...

Donald Trampın Qəzzadakı münaqişənin həllinə yönələn 21 maddəlik sülh planında mühüm siyasi məqamlar əks olunub;

- İsrail anklavı ilhaq etməyəcək

- İsrail 72 saat ərzində girovların azad edilməsi müqabilində Qəzzada hərbi əməliyyatları dayandırıcaq və qoşunlarını zolaqdan çıxardacaq

- Qəzza demilitarizasiya olunacaq

- HƏMAS və ona bağlı olan silahlı qruplaşmalar birbaşa və ya dolayı yolla Qəzzanın idarə edilməsində iştirak etməyəcəklər

- Silahı yerə qoymağa və dinc yanaşı yaşamaya razı olan HƏMAS üzvləri üçün amnistiya olacaq

- Qəzza Trampın rəhbərlik etdiyi beynəlxalq qurumun nəzarətində olan müvəqqəti hökumət tərəfindən idarə olunacaq

- Qəzza zolağında xüsusi iqtisadi zonanın yaradılması nəzərdə tutulur

- Saziş imzalandıqdan sonra Qəzzada infrastrukturun bərpası, bölgəyə beynəlxalq humanitar yardımın göndərilməsi istiqamətində addımlar atılacaq

- ABŞ Qəzzada atəşkəsi təmin edəcək müvəqqəti sabitlik qüvvələri yaratmaq üçün ərəb və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edəcək

- Sakinlər Qəzza Zolağını tərk etməyə məcbur edilməyəcəklər

Qeyd edək ki, HƏMAS-ın Trampın 21 maddəlik sülh planını rədd etməsi ilə bağlı xəbərlər yayılıb - “Haberler.com” nəşrinin məlumatına görə, hərəkatın rəhbərlərindən Mahmud Mərdavi bəyan edib ki, plan qeyri-müəyyəndir, zəmanəti yoxdur və Fələstin dövlətinin tanınması istiqamətindəki prosesi dayandırmaq məqsədi daşıyır. HƏMAS rəsmisi bildirib ki, fələstinlilərin öz müqəddəratını təyin etmə haqqını tanımayan, xalqı qətliamlardan qoruma mexanizmi olmayan heç bir təşəbbüs qəbul edilməyəcək. Təşkilat sənədi digər fələstinli qruplarla birgə müzakirə edəcəyini də açıqlayıb.

Qəzzada vəziyyətin inkişaf perspektivləri nə vəd edir?

Məsələ ilə bağlı fikirlərini bölüşən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov qeyd edib ki, Trampın sülh planı Fələstin xalqı üçün münasibdir, amma planın baş tutması sual atlındadır. “Trampın sülh planında bir sıra mübahisəli məqamlar var. İlk növbədə bu planda Fələstin dövlətçiliyinin yer alması İsraili qane etmir. Eyni zamanda plana əsasən Qəzzada atəşkəs təmin edildikdən sonra bölgəyə Fələstin hökuməti - FƏTH hakimiyyətinin nəzarət etməsinə imkan verilməyəcək. İsrail buna qarşı çıxır. Bununla yanaşı, sözügedən planda HƏMAS-ın tərkisilah olunması ilə paralel İsrailin öz qüvvələrini Qəzza zolağından tam çıxarması ilə bağlı öhdəlik yoxdur. Ona görə də bu planın HƏMAS tərəfindən qəbul edilməsi müşkül məsələdir,” - deyə S.Zahidov vurğulayıb ki, HƏMAS hələ bu plana qəti mövqeyini bildirməyib; “HƏMAS-ın rəhbərlərinin ofisləri ayrı-ayrı ölkələrdə yerləşir. Onlar arasında çox çətin şəkildə koordinasiya qurulur. HƏMAS Trampın planını bir müddət nəzərdən keçirməklə məşğul olacaq. Hərəkatın cavabı bir az zaman aparacaq.  Lakin burada xüsusi bir məqamı vurğulayım ki, əgər HƏMAS Trampın sülh planında əks olunan müddəalara razı olarsa, bu, onun ağ bayraq qaldırması demək olacaq. Bu səbəbdən HƏMAS-ın müsbət cavab verəcəyi inandırıcı görünmür”.

Ekspert əlavə edib ki, ərəb ölkələrinin HƏMAS-a münasibəti dəyişə bilər; “Misir, Qətər və digər ərəb ölkələri Trampın Qəzzadakı münaqişənin həllinə yönələn sülh planını dəstəkləyirlər. Ərəb ölkələrinin mövqeyi HƏMAS-ı çıxılmaz vəziyyətə sala bilər. Əgər HƏMAS-ın rəhbərliyi bu dəfə də etiraz edərsə, bu, ərəb ölkələrinin hərəkata dəstəyinin sıradan çıxmasına səbəb olacaq. Heç bir dəstək olmadan HƏMAS-ın müqaviməti davam etdirməsi qeyri-mümkündür”. S.Zahidov hesab edir ki, bu planın reallaşacağı sual atlındadır; “Ortaya sual çıxır ki, plan çərçivəsində HƏMAS silahı yerə qoyacaqmı? Belə bir oxşar razılaşma keçən il - 2024-cü ilin sonlarında İsrail ilə Hizbullah arasında imzalanmışdı. Bu müqaviləyə görə, Hizbullah silahı yerə qoymalı və tərkisilah olunmalı idi. Amma biz görürük ki, Hizbullahın Livanın müxtəlif bölgələrində silahlı dəstələri qalmaqdadır. Eyni hal HƏMAS - a da aid ola bilər”.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Oktyabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see217

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see175

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see172

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see153

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see150

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see149

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Elvin Cəfərquliyev 2025 ci ilin ən yaxşısı seçildi ÖZƏL

29 Dekabr 2025 18:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri