ABŞ dən Türkiyənin F 35 proqramına qayıtması ilə bağlı inadından dönmür
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Ankara ABŞ-nin "F-35" qırıcı təyyarələri proqramında iştiraka qayıtmaq üçün Rusiyanın "S-400" zenit-raket komplekslərindən imtina etməlidir, bu istiqamətdə danışıqlar davam edir.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak öz "X" hesabında yazıb.
"ABŞ qanunlarına uyğun olaraq, Türkiyə "F-35" proqramına qayıtmaq üçün bundan sonra "S-400" sistemlərini istismar etməməli və ya onlara sahib olmamalıdır", - deyə o bildirib.
Diplomat qeyd edib ki, ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasındakı münasibətlərin hazırkı səviyyəsi yeni əməkdaşlıq atmosferi yaradıb və bu da son 10 ildə bu mövzuda aparılan ən məhsuldar danışıqlara gətirib çıxarıb.
"Ümid edirik ki, qarşıdakı aylarda bu danışıqlar həm ABŞ-nin, həm də Türkiyənin təhlükəsizlik tələblərinə cavab verəcək bir irəliləyişə səbəb olacaq", - deyə səfir vurğulayıb.
Xatırladaq ki, ABŞ Türkiyəni 2019-cu ildə müqavilə əsasında Rusiyanın "S-400" zenit-raket komplekslərini aldıqdan sonra "F-35" qırıcıları proqramından kənarlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 10 Dekabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















