Ərdoğan: Türkiyənin F 35 proqramına qayıtması... Bizim üçün vacib olan etibarın qorunmasıdır
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Türkiyənin F-35 proqramına qayıtması NATO təhlükəsizliyi üçün vacibdir".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri prezident Rəcəb Tayyib Ərdoğan "Bloomberg"ə müsahibəsidə deyib.
Ərdoğan sentyabr ayında Ağ Evdə Trampla görüşündə F-35 məsələsini şəxsən qaldırdığını xüsusi vurğulayıb: "Cənab Trampın dövlət başçsı seçilməsi ilə Türkiyə-ABŞ münasibətlərində daha müsbət bir zəminə keçmək üçün böyük fürsət yaranıb. Türkiyənin artıq pulunu ödədiyi F-35 təyyarələrini alması və proqrama yenidən daxil edilməsi iki strateji tərəfdaş olan Türkiyə və ABŞ-ın, eləcə də NATO-nun təhlükəsizliyi üçün çox vacib və zəruridir”.
Rusiyadan 2.5 milyard dollara alınan S-400 raketləri ilə bağlı sualı da cavablandıran Ərdoğan bildirib ki, bunu bəhanə edərək, Türkiyəyə qarşı ədalətsizlik edilib: “Bizim üçün vacib olan Türkiyənin etibarının qorunması, ədalətsiz şəkildə cəzalandırılmamağımızdır. Bu çərçivədə ABŞ-la danışıqlar davam edir. Ümidimiz həm hüquqi cəhətdən əsaslı, həm də iki ölkə arasındakı strateji tərəfdaşlığa uyğun olan ədalətli bir nəticəyə nail olmaqdır. Türkiyənin mövqeyi çox aydındır; biz milli maraqlarımıza və enerji təhlükəsizliyimizə uyğun hərəkət edirik".
Firudin Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 05 Yanvar 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















