Icma.az
close
up
RU
ABŞ dən Ukrayna müharibəsini bitirmək üçün yeni cəhd Bu hücumlara son qoyulmalıdır...

ABŞ dən Ukrayna müharibəsini bitirmək üçün yeni cəhd Bu hücumlara son qoyulmalıdır...

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün yeni təkliflər paketi hazırlayır və bunlardan biri qarşılıqlı hava hücumlarına son qoyulmasını əhatə edəcək.

“AzPolitika” xəbər verir ki, bu barədə ”Reuters” öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, təşəbbüs hazırda Vaşinqtonla Kiyev arasında müzakirə olunur və daha sonra Moskvaya təqdim olunacaq. Sabah isə Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşmək üçün ABŞ-yə uçacaq.

Agentliyin mənbəyi xatırladıb ki, Kiyev əvvəllər Vladimir Putinə hava atəşkəsi təklif etsə də, Rusiya başçısı bundan imtina edib. Lakin bəzi Qərb rəsmiləri hesab edir ki, Kreml indi Ukraynanın neft emalı zavodlarına və logistika obyektlərinə intensiv hücumları nəticəsində Rusiya iqtisadiyyatına artan ziyan səbəbindən bunu qəbul edə bilər. 

Putinin sözçüsü Dmitri Peskov məsələyə şərh verməkdən imtina edərək qeyd edib ki, "bu xəbərin nə qədər etibarlı olduğu və arxasında kimin durduğu" bəlli deyil.

Məlum olduğu kimi, ötən həftə Zelenski Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşnerə zəng edərək Rusiya ilə fevral ayında dayandırılan danışıqların bərpası imkanlarını müzakirə edib.

İyulun 22-də Kremlə yaxın mənbələr “Bloomberg”-ə bildirib ki, Putin Donbas tam ələ keçirilənə qədər Ukrayna ilə əlaqə qurmaq niyyətində deyil və artıq bufer zonasına çevirməyi planlaşdırdığı Sumı və Xarkov vilayətlərinin işğal olunmuş ərazilərini geri qaytarmağı da düşünmür.

Agentliyin mənbələri iddia edir ki, Putin 2025-ci ilin avqustunda Ankoric sammitində Trampla Donbasla bağlı əldə edilən qeyri-rəsmi razılaşmaların artıq qüvvədə olmadığına qərar verdikdən sonra “ərazi mübadiləsi" ilə bağlı əvvəlki ideyasından imtina edib. Vaşinqton isə ümumiyyətlə, belə razılaşmaların mövcudluğunu təkzib edib.

Putin 28 iyunda hər iki tərəfə hava hücumlarını dayandırmaq və hərbi əməliyyatları dörd bölgədə - qondarma "DPR", "LPR" və Xersonla Zaporojye bölgələrində məhdudlaşdırmaq təklifləri aldığını açıq şəkildə bildirib. Lakin o, Rusiyanın bu təklifi rədd etdiyini deyib, çünki bu, Ukrayna Silahlı Qüvvələrinə digər ərazilərdən qüvvələrini çıxarmağa imkan verəcək.

İyulun 23-də ABŞ Dövlət katibi Marko Rubio Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşdən sonra bildirib ki, Ukraynada müharibəyə son qoymaq üçün razılaşma "yeni ideyalar" tələb edəcək, çünki Alyaskada müzakirə edilən variantlar "uğursuz" olub.

Cavab olaraq, Lavrov Trampı az qala "kişiyə yaraşmayan davranışda", sözünün üzərində durmamaqda günahlandırıb və əlavə edib ki, "hazırda hər hansı yeni dinamikadan danışmağın mənası yoxdur".

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 İyul 2026 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see333

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see314

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see305

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see302

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see293

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see284

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see264

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see260

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see253

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see250

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see247

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see244

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see238

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see237

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see230

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see217

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see202

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see202

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri