ABŞ dən xəbərdarlıq: Rusiyadan mal alan ölkələrə 500 faizlik rüsum tətbiq edilə bilər
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
50 ABŞ senatorundan ibarət qrup Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləməyə hazırdır.
Teleqraf xəbər verir ki, Rusiya Ukrayna ilə sülh danışıqlarından imtina edərsə, sanksiyalar onun müttəfiqlərinə də şamil olunacaq.
Belə ki, sözügedən halda Rusiyadan neft, qaz və uran alan ölkələrdən malların idxalına 500 faizlik rüsumların tətbiq ediləcək.
Senatorların birgə bəyanatında deyilir: “Rusiya Ukrayna ilə davamlı sülh üçün xoşməramlı danışıqlardan imtina edərsə, bu sanksiyalar qüvvəyə minəcək... Qanunvericiliklə həmçinin Rusiyadan neft, qaz, uran və digər məhsullar alan ölkələrdən idxal olunan mallara 500 faizlik rüsum tətbiq ediləcək”.
Təşəbbüskarlar sırasında ABŞ-nin həm Respublikaçılar, həm də Demokratlar partiyalarının nümayəndələri var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 02 Aprel 2025 08:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















