Rusiyadan bu ölkələrə xəbərdarlıq: Müdafiə olunacağıq!
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Finlandiya və Baltikyanı ölkələrə Ukrayna PUA-larının hücumları qarşısında Rusiyanın özünümüdafiə hüququnu xatırladıb.
Axar.az xəbər verir ki, Şoyqu mediaya açıqlamasında bu barədə deyib.
"Son zamanlar Ukraynanın pilotsuz təyyarələrinin Finlandiya və Baltikyanı ölkələr üzərindən Rusiyaya qarşı hücumları daha tez-tez baş verir. Nəticədə mülki şəxslər əziyyət çəkir və mülki infrastruktura ciddi ziyan dəyir.
"Bu, iki halda baş verə bilər: ya Qərb hava hücumundan müdafiə sistemləri, artıq Yaxın Şərqdə olduğu kimi, son dərəcə qeyri-effektivdir, ya da bu dövlətlər bilərəkdən öz hava məkanlarını açıq saxlayır və bununla da Rusiyaya qarşı təcavüzə açıq şəkildə qoşulurlar.
Sonuncu halda, silahlı hücum halında dövlətlərin özünümüdafiə hüququnu nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsi beynəlxalq hüquqa əsasən qüvvəyə minir", - deyə Şoyqu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 16 Aprel 2026 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















