ABŞ dollar sikkələrində Trampın şəklini yerləşdirmək istəyir FOTO
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Maliyyə Nazirliyi, ölkənin 250 illik yubileyi münasibətilə keçmiş prezident Donald Trampın portretinin əks olunduğu 1 dollarlıq xatirə sikkəsi buraxmağı planlaşdırır.
Turkustan.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, ABŞ Xəzinədarlıq Departamenti tərəfindən təsdiqlənmiş ilkin eskizlərdə 2026-cı ildə dövriyyəyə buraxılması nəzərdə tutulan sikkənin üz tərəfində Donald Trampın profildən portreti, üst hissədə “Azadlıq”, aşağıda isə “Biz Tanrıya Güvənirik” sözləri və “1776–2026” illəri yer alıb.
Sikkənin arxa tərəfində isə Amerika bayrağı fonunda, Pensilvaniyada baş vermiş sui-qəsd cəhdindən sonra yumruğunu havaya qaldıran Trampın məşhur fotosu təsvir olunub. Bu hissədə həmçinin “FIGHT FIGHT FIGHT” (DÖYÜŞ DÖYÜŞ DÖYÜŞ) şüarı qeyd edilib.

Aytən Yaşar/ Turkustan.az


