Konqresmen Trampın şəklini 100 dollarlıq əskinasa həkk etmək istəyir
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Texasdan olan konqresmen Brandon Gill “Fox News”-a deyib ki, Donald Trampın şəklini pulun üzərində əbədiləşdirmək üçün qanun layihəsi təqdim edəcək. Onun layihəsində Trampın 100 dollarlıq əskinasındakı portreti Benjamin Franklinin şəklini əvəzləyəcək. Məlumatı “Kommersant” verib.
Konqresmen hesab edir ki, bu, amerikalıların “dörd il ərzində Trampın əldə edəcəklərini şöhrətləndirmək üçün edə biləcəyi ən kiçik işdir... Prezident Tramp qızıl illərini qolf oynamaq və ailəsi ilə vaxt keçirməklə keçirə bilərdi. Amma bunun əvəzində o, ölkəyə gələn zərbələri öz üzərinə götürüb”.
Konqresmen təqdim edəcəyi qanun layihəsi üçün Xəzinədarlıq Departamentindən yeni əskinasın eskizini hazırlamağı tələb edəcək, əskinasın dövriyyəyə buraxılmasını isə 2029-cu ildən sonra həyata keçirəcək.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 03 Mart 2025 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















