ABŞ Dövlət Departamenti Almaniyanın yeni kansleri Fridrix Mersi təbrik edib
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Tammy Brüs gündəlik mətbuat brifinqində jurnalistlərin Avropa və Yaxın Şərqdəki hadisələrlə bağlı suallarını cavablandırıb.
Almaniya parlamentində keçirilən səsvermənin ikinci turunun sonunda kansler seçilən Mersi təbrik edən Brüs Almaniya ilə əməkdaşlığın davam etdiriləcəyini bildirib.
Brüs: “Biz Frederik Mersi Almaniya kansleri seçilməsi münasibətilə təbrik edirik. ABŞ və Avropanın təhlükəsizliyini təmin etmək üçün Almaniya və onun növbəti hökuməti ilə işləməyə davam edəcəyik”, - deyə qeyd edib.
Fevralın 23-də keçirilən növbədənkənar seçkilərdən sonra Xristian Birlik partiyalarının (CDU/CSU) Sosial Demokrat Partiyası (SPD) ilə koalisiya müqaviləsi imzalamasından sonra parlamentin təsdiqini ala bilən Merz, İkinci Dünya Müharibəsindən sonra Almaniyanın 10-cu kansleri olub.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 07 May 2025 08:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















