Icma.az
close
up
RU
Fridrix Merts Almaniyanın kansleri seçildi Yenilənib

Fridrix Merts Almaniyanın kansleri seçildi Yenilənib

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Almaniyanın Xristian Demokratik və Xristian Sosial Birliklər blokunun lideri Fridrix Merts Almaniyanın kansleri seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.
Bildirilib ki, Bundestaq onun namizədliyini ikinci cəhddə təsdiqləyib.
Qeyd edək ki, mayın 6-da da keçirilən səsvermənin birinci turunda Merts səslərin mütləq əksəriyyətini ala bilməyib. O, lehinə cəmi 310 səs toplayıb (316 lazım olub - red.). Nəşr qeyd edib ki, bu, Almaniya tarixində ilk belə hal olub.
Merts indi Almaniya tarixində onuncu kansler olacaq. O, Almaniya Sosial Demokrat Partiyası ilə koalisiya hökumətinə rəhbərlik edəcək.
***14:38
Almaniyada Xristian Demokrat İttifaqının (CDU) lideri Fridrix Merts Almaniya kansleri vəzifəsinə təyin olunmaq üçün Bundestaqda keçirilən səsvermənin ilk turunda kifayət qədər səs toplaya bilməyib.
Yeniavaz.com
xəbər verir ki, gizli səsvermədə Mertsi 621 deputatdan 310-u dəstəkləyib. 307 deputat onun əleyhinə səs verib, 3-ü deputat isə bitərəf qalıb. Bir bülleten etibarsız sayılıb.
Almaniyada kanslerin seçilməsi üçün lazım olan səs sayı isə 316-dır.
Bundan başqa, Mertsin başçılıq etdiyi CDU/CSU (Xristian Demokratik İttifaqı və Xristian Sosialist Partiyası) bloku və onunla koalisiyada olan Sosial Demokratlar Partiyası (SPD) Bundestaqda çoxluğa malikdir – 328 yer.
Səsvermənin nəticələri göstərir ki, gələcək hakim koalisiyanın bəzi üzvləri Mertsi dəstəkləməyib, hətta onun əleyhinə səs veriblər.
Bununla da, Almaniyada ilk dəfə Bundestaq federal seçkilərdən və koalisiya danışıqlarından sonra səsvermənin birinci turunda kansleri seçə bilməyib.
Digər tərəfdən, Merts Almaniya kansleri vəzifəsinə namizədliyi ilə bağlı səsvermənin ikinci turundan imtina etmək qərarına gəlib.
Bu barədə “Bild” qəzeti CDU/CSU blokunun parlament fraksiyasındakı mənbələrinə istinadla məlumat yayıb.
“Bild” qəzeti yazır ki, CDU/CSU fraksiyası, görünür, sosial demokratlardan birinin Mertsin əleyhinə səs verməsindən hiddətlənib.
Ancaq Almaniya Konstitusiyasının 63-cü maddəsinə əsasən, əgər təklif edilən şəxs seçilməsə, Bundestaq seçkidən sonra 14 gün ərzində öz üzvlərinin mütləq səs çoxluğu ilə Federal Kansleri seçə bilər.
Merts ikinci raundda qalib gələ biləcəyinə inanarsa, istənilən vaxt yenidən namizəd ola bilər. Digər namizədlər də iki həftə ərzində qüvvələrini sınaya bilərlər. Ancaq onlar da minimum 316 səs toplamalıdırlar.
Seçki 14 gün ərzində baş tutmasa, dərhal səsvermənin yeni mərhələsi keçirilir və bu turda ancaq maksimum səs toplayan şəxs seçilmiş hesab olunur. Üçüncü turun nəticələrinə görə kansler mütləq səs çoxluğu ilə seçilməsə, prezident onu ya kansler təyin edə, ya da yeni parlament seçkiləri keçirə bilər.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:360
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 06 May 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri