ABŞ Dövlət Departamenti Yaxın Şərqdə olan vətəndaşlarına müraciət etdi
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Dövlət Departamenti artan təhlükəsizlik təhdidləri səbəbindən vətəndaşlarını Yaxın Şərqdə və dünyanın digər ölkələrində ehtiyatlı olmağa çağırıb.
Azpost.info bildirir ki, müvafiq xəbərdarlıq nazirliyin veb saytında yerləşdirilib.
Bəyanatda deyilir: “Dövlət Departamenti, xüsusən də Yaxın Şərqdə yaşayan amerikalıları yüksək ehtiyatlı olmağa çağırır. Onlar ABŞ səfirlikləri və konsulluqları tərəfindən verilən təhlükəsizlik xəbərdarlıqlarındakı təlimatlara əməl etməlidirlər”.
Nazirlik qeyd edib ki, Yaxın Şərqdən kənarda da daxil olmaqla, bir neçə ABŞ diplomatik nümayəndəliyinə artıq hücum edilib. Dövlət Departamenti həmçinin qeyd edir ki, ABŞ maraqlarını təmsil edən digər qurumlar da hədəfə alına bilər.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 23 Mart 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















