ABŞ Dövlət katibi: Azərbaycanın Cənubi Qafqazda davamlı sülhə sadiqliyini alqışlayırıq
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Vaşinqton, 28 may, AZƏRTAC
ABŞ Dövlət katibi Marko Rubio Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Departamentinin Rubionun adından yaydığı bəyanatda deyilir.
“Son bir il ərzində münasibətlərimiz Strateji Tərəfdaşlıq səviyyəsinə qalxıb və bu, vitse-prezident Cey. Di. Vens və Prezident İlham Əliyevin Bakıda Strateji Tərəfdaşlıq Xartiyasını imzalaması ilə başa çatıb. Regional, iqtisadi əlaqələri və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməklə tərəfdaşlığımızı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyirik. Amerika Birləşmiş Ştatları Azərbaycanın Cənubi Qafqazda davamlı sülhə sadiqliyini alqışlayır və bu səylər üzrə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyir. Növbəti il və gələcəkdə tərəfdaşlığımızı dərinləşdirməyi səbirsizliklə gözləyirik”, - deyə Rubio əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 28 May 2026 09:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















