ABŞ dövlət katibi: Putin Mayamidə G20 sammitində iştirak edə bilər
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Mayami şəhərində keçirilməsi planlaşdırılan G20 sammitində iştirak edə bilər.
"Anadolu" xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Hindistanda jurnalistlərə açıqlamasında deyib.
Rubio bildirib ki, Vaşinqton Putinin sammitdə iştirakına dair hələlik təsdiq almayıb.
“Putinin Mayamidə keçiriləcək sammitə də gəlməsi ehtimalı var, baxmayaraq ki, bununla bağlı təsdiqimiz yoxdur”, – Rubio qeyd edib.
ABŞ Dövlət katibi Rusiyanın G20 tədbirlərində təmsil olunacağını da bildirib. O, Rusiya xarici işlər naziri Sergey Lavrovun Mayamidə keçiriləcək G20 sammitində, yaxud Atlantada baş tutacaq xarici işlər nazirlərinin görüşündə iştirak edib-etməyəcəyi ilə bağlı suala cavabında deyib:
“Ruslar G20-nin bir hissəsi olmağa dəvət olunublar. Prezident bu qərarı verib. Buna görə də, açıq şəkildə, onlar bu sammitlərin hər birində təmsil olunacaqlar.”
Baxış sayı:68
Bu xəbər 21 Oktyabr 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















