Putin G20 sammitində iştirak etməyəcək?
Manset saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Cənubi Afrika Respublikası Rusiya Prezidenti Vladimir Putini Yohannesburqda keçiriləcək G20 sammitinə dəvət etməyəcək.
Manset.az xəbər verir ki, bu barədəTASS agentliyinə Cənubi Afrika prezidentinin rəsmi nümayəndəsi Vinsent Maqvenya bildirib.
Bu qərar Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Putin haqqında çıxardığı həbs orderi ilə əlaqədardır. Cənubi Afrika Respublikası BСM-in Roma Əsasnaməsini ratifikasiya edib və Rusiya prezidentinin ölkəyə səfəri halında onu həbs etməlidir. Eyni qaydalar 2023-cü il avqustun 22-dən 24-dək Yohannesburqda keçirilən BRİKS-in 15-ci sammiti zamanı da qüvvədə olub.
"BRIKS-in Yohannesburqda keçirilən sammitindən sonra hüquqi vəziyyət dəyişməyib. Biz heç bir şəkildə BCM-nin qərarlarına təsir edə bilmərik." - Maqvenya qeyd edib.
Baxış sayı:140
Bu xəbər 16 Dekabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















