ABŞ dövlət katibinin müavini Ermənistan Azərbaycan məsələsindən yazdı
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ dövlət katibinin müavini Kristofer Landau Vaşinqtonun Hindistan və Pakistan, eləcə də digər ölkələr, o cümlədən Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına yönəlmiş bəyanatlarından bəhs edib.
Modern.az xəbər verir ki, Landau özünün X mikrobloqunda yazıb ki, dövlət katibi Rubio son günlərdə Hindistan və Pakistan liderləri ilə telefonda yorulmadan əlaqə saxlayaraq, bu iki dövlət arasındakı münaqişənin sakitləşməsinə çalışıb.
"ABŞ prezidenti Donald Tramp və vitse-prezident Ceyms Vens administrasiyada hamımıza açıq şəkildə bildirdilər ki, məqsədimiz istər Hindistan və Pakistan, istər Rusiya və Ukrayna, istərsə də İsrail və onun qonşuları, Konqo Demokratik Respublikası və Ruanda, Azərbaycan və Ermənistan və ya digər ölkələr arasında sülhü təşviq etməkdir. Diplomatlar və səmimi desək, insanlar kimi biz bu gün müharibələrin qarşısını almağa və ya dayandırmağa səy göstəririk”, - ABŞ dövlət katibinin müavini Kristofer Landau bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 12 May 2025 01:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















