Icma.az
close
up
RU
ABŞ əfqan qaçqınlarını qovur Bu tarixə qədər ölkəni tərk etməlidilər

ABŞ əfqan qaçqınlarını qovur Bu tarixə qədər ölkəni tərk etməlidilər

Icma.az, Sfera.az saytına istinadən bildirir.

 ABŞ hökuməti 2021-ci ildə "Taliban" rejimindən qaçaraq ölkəyə yerləşən əfqan qaçqınlardan 7 gün ərzində ölkəni tərk etmələrini tələb edib. Müvəqqəti qalmaq izni olan bu şəxslərin, ölkəni tərk etməyəcəyi halda deportasiya və digər hüquqi sanksiyalarla üzləşəcəkləri bildirilib.

Sfera.az "Newsweek" dərgisinin məlumatına istinadən xəbər verir ki, ABŞ ordusuna dəstək verdikləri üçün ölkəyə qəbul edilən bu şəxslər hazırda deportasiya təhlükəsi ilə qarşı-qarşıyadır.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi, Şimali Karolina ştatının Raleigh və Durham bölgələrində yaşayan əfqan qaçqınlara rəsmi xəbərdarlığı əks etdirən e-poçtu göndərərək 7 gün müddətində ölkədən çıxmalarını tələb edib.


Qaçqınlara yardım göstərən “Refugee Hope Partners” təşkilatının nümayəndəsi Amanda Herbert bu qərarın qəfil verildiyini və ailələrə əvvəlcədən xəbərdarlıq edilmədiyini bildirib:

“Bu, ciddi sarsıntıya səbəb olub. Onsuz da travma yaşamış ailələr üçün bu proses yenidən ağır psixoloji vəziyyət yaradıb”.


Herbert, əfqanların qanuni yollarla ABŞ-yə daxil olduqlarını, vergi ödədiklərini, təhsil aldıqlarını və cəmiyyətə töhfə verdiklərini vurğulayaraq bu şəxslərin hüquqlarının müdafiə edilməli olduğunu qeyd edib. O, deportasiya qərarı ilə üzləşən şəxslərə ilk olaraq miqrasiya hüquqşünasına müraciət etməyi tövsiyə edib.


Məsələ ilə bağlı danışan əfqan qaçqınlardan biri WRAL televiziyasına açıqlamasında deyib:

“Əfqanıstana geri qayıtsaq, orada təhlükəsizliyimiz təmin olunmayacaq. Bu, sanki özümüz üçün intihar hökmü imzalamaq deməkdir”.


ABŞ Konqresinin məlumatına əsasən, 2021-ci ilin avqustundan 2024-cü ilin avqustunadək təxminən 150 min əfqan ABŞ-yə yerləşdirilib. Hazırda bu şəxslərin gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.


Bəsti Rəfizadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 Aprel 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri