Icma.az
close
up
RU
ABŞ enerji sahəsində Azərbaycan ilə əməkdaşlığı artırmaq niyyətindədir

ABŞ enerji sahəsində Azərbaycan ilə əməkdaşlığı artırmaq niyyətindədir

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 12 fevral, AZƏRTAC

ABŞ Azərbaycanın regionda həyata keçirdiyi enerji layihələrini dəstəkləmək, təhlükəsizliyini təmin etmək, sərmayə yatırmaq və bu sahədə qarşılıqlı, faydalı əməkdaşlıq etmək niyyətində olduğunu bildirir. Bununla yanaşı rəsmi Vaşonqton regionun enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın etibarlı tərəfdaş kimi strateji rolunu qeyd edib.

AZƏRTAC xəbər verir ki, bu, xüsusilə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyasının mətnində öz əksini tapıb.

Sənəddə deyilir ki, enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi Azərbaycanın strateji əhəmiyyətini tanıyaraq, Azərbaycan və ABŞ neft, qaz və elektroenergetika sektorları da daxil olmaqla enerji əməkdaşlığını genişləndirmək niyyətindədir. Tərəflər interkonnektorlar üzrə birgə layihələr, tədarük marşrutlarının şaxələndirilməsi və mülki nüvə energetikası sahəsində əməkdaşlığın dərinləşdirilməsini planlaşdırırlar.

Fevralın 10-da ABŞ-ın vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri çərçivəsində tərəflər arasında imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya” da deyilir: “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı; enerji və data bağlantısı; ticarət və tranzitin asanlaşdırılması; gömrük nəzarəti və sərhəd keçidi; beynəlxalq multimodal logistika; və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədirlər”.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan və Mərkəzi Asiya respublikaları Trans-Xəzər Nəqliyyat Dəhlizinindən (Orta Dəhliz) yalnız yükdaşımaq üçün deyil, eyni zamanda, Avropaya enerji ixracı üçün də istifadə etmək istəyirlər. Bildiyimiz kimi Azərbaycan ilə Mərkəzi Asiya respublikaları “Yaşıl Enerji Dəhlizi” layihəsi üzərində iş aparırlar. Layihəyə əsasən, bu respublikalarda və Azərbaycanda istehsal olunan alternativ enerji Xəzər dənizinin dibi ilə çəkiləcək kabel xətti ilə Qara dənizə və oradan da Avropaya ixrac olunacaq. Bununla yanaşı, Trans-Xəzər Boru Kəməri layihəsi də var ki, Mərkəzi Asiyada hasil olunan neft və qaz da bu kəmər vasitəsi ilə enerji resurslarını Avropaya ixrac etmək istəyir. Lakin geosiyasi maraqlar ucbatından bu layihə hələlik icra olunmur. Xartiyada enerji sahəsində əməkdaşlıq niyyətinin vurğulanması bu layihələrin həyata keçməsini sürətləndirəcəyini deməyə əsas verir. ABŞ bu layihələrə sərmayə yatırmaqla yanaşı, onların təhlükəsizliyinin təmin olunmasında da qarant rolunda çıxış edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Fevral 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri