Icma.az
close
up
RU
Azərbaycan və Gürcüstan enerji tənzimlənməsi sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Gürcüstan enerji tənzimlənməsi sahəsində əməkdaşlığı genişləndirir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 fevral, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Gürcüstan Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası (GNERC) arasında birinci onlayn seminar keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbiri açan EMTA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ağa Hacızadə seminarın müvafiq sahədə məlumatlılığın artırılması və təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb.

Seminarda EMTA-nın Enerji sahəsində liberallaşdırma şöbəsinin müdiri Elmar Güləliyev “Azərbaycanın elektrik enerjisi sektoruna ümumi baxış” adlı təqdimat ilə çıxış edərək ölkəmizdə mövcud enerji istehsalı gücləri, elektrik enerjisi bazarının hazırkı strukturu, bərpaolunan enerji mənbələri potensialı, bazar elementlərinin tətbiqi, eləcə də Enerji effektivliyi fondu haqqında məlumat verib.

GNERC-nin Kommersiya xidmətlərinin keyfiyyətinə nəzarət şöbəsinin direktoru Ana Zaridze “GNERC-nin tənzimləmə mexanizmləri: Xidmət keyfiyyətinin monitorinqi və istehlakçı məmnuniyyətinin qiymətləndirilməsi” adlı təqdimatla çıxış edib. O, xidmət keyfiyyəti, təchizatın davamlılığı, texniki və kommersiya keyfiyyəti anlayışları barədə ümumi məlumat verib, xidmət keyfiyyətinin ölçülməsi üçün Gürcüstanda tətbiq olunan monitorinq sistemi, bu sahədə mövcud hüquqi normativ çərçivə, eləcə də istehlakçılara yönəlmiş “Hüquqlarını bil” adlı maarifləndirmə kampaniyası barədə danışıb.

GNERC-nin Elektrik enerjisi şöbəsinin baş mütəxəssisi İna Osikmaşvili isə öz növbəsində “Elektrik şəbəkəsinin inkişaf planları: Qiymətləndirmə və təsdiq prosesləri” adlı təqdimatında elektrik şəbəkəsinin inkişaf planlarının qiymətləndirilməsi və təsdiqlənməsi prosedurları, o cümlədən Gürcüstanda elektrik enerjisi şəbəkəsinin 10 illik inkişaf planı və enerji investisiya layihələrinin GNERC tərəfindən qiymətləndirilməsinə dair məlumat verib. Bazar monitorinqi və daxili audit departamentinin baş mütəxəssisi Beka Şoniya isə öz təqdimatında Qara dəniz sualtı kabel layihəsi, o cümlədən onun əsas detalları və texniki-iqtisadi əsaslandırması, eləcə də Gürcüstanda generasiya güclərinin genişləndirilməsi barədə danışıb.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 2024-cü il fevralın 21-də EMTA ilə GNERC arasında enerji tənzimlənməsi sahəsində anlaşma memorandumu imzalanıb. Tərəflər təcrübə və məlumat mübadiləsinin aparılması, eləcə də müxtəlif təlim proqramları üzrə, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi istiqamətində təlimlərin təşkil olunması ilə bağlı razılığa gəliblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Fevral 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri