Icma.az
close
up
RU
ABŞ ermənipərəst mövqeindən nisbətən uzaqlaşacaq POLİTOLOQ

ABŞ ermənipərəst mövqeindən nisbətən uzaqlaşacaq POLİTOLOQ

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin tezliklə vəzifəsini tərk edəcək. “İravunk” qəzetinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, onun geri çağırılması ilə bağlı qərar təxminən 10-15 gün əvvəl verilib, lakin diplomat postunu bir ay sonra tərk edəcək. Eyni zamanda, Kvinin ABŞ-da məhkəmə qarşısına çıxacağı da iddia olunur. Qəzet yazır ki, ona qarşı irəli sürülən suallar onun Ermənistana gəlməzdən əvvəl ABŞ-ın Ukraynadakı işlər üzrə müvəqqəti vəkili olması ilə bağlıdır.


Mənbələr bildirir ki, Kvinin yerinə neytral mövqe tutan bir diplomat təyin ediləcək. Qeyd edək ki, bir neçə gün əvvəl  Ermənistanda ABŞ-a məxsus bioloji laboratoriyaların yerləşdirilməsinə etiraz əlaməti olaraq bu ölkənin İrəvandakı səfirliyi qarşısında aksiya keçirilib.

Aksiyada iştirak edən fəallar ABŞ səfiri Kristin Kuininin “arzuolunmaz şəxs” elan edilməsi üçün imza toplanılmasına başlayıb və ABŞ-da yaşayan ermənilərin də prosesə qoşulmasını təklif ediblər. 


Amerika Birləşmiş Ştatlarının Ermənistanla bağlı siyasətini şərh edən siyasi ekspert Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında  deyib ki, Prezident Donald Tramp özündən əvvəlki dövlət başçısı Co Baydenin fəaliyyətini kəskin şəkildə tənqid edir və onun atdığı addımları Amerika Birləşmiş Ştatlarına xəyanət kimi dəyərləndirir: 

"Demək olar ki, verdiyi qərarların tam əksinə işlər görür. Eyni zamanda Trampın Amerikanın xarici siyasətində ciddi redaktələr edəcəyi, bir çox ölkələrdəki diplomatik nümayəndələrini dəyişəcəyi şübhə doğurmur. Artıq bir neçə ölkəyə, o cümlədən də bizim qardaş ölkəmizə, Türkiyəyə yeni səfir təyin edib. Ermənistandakı səfirin dəyişməsi də Trampın Amerikanın xarici siyasətində  etdiyi redaktələrdən irəli gəlir". 


Kristina Kvinin məhkəmə qarşısına çıxarılacağı iddialarına gəldikdə isə politoloq deyib ki bu iddia onun əvvəlki fəaliyyət illəri ilə bağlıdır: 

"O məhkəmədə özünü necə müdafiə edəcək, məhkəmə hansı qərarı verəcək bütün bunları gələcək göstərir. K. Kvinin geri çağırılacağı, onu başqa bir diplomatın əvəz edəcəyi barədə məlumatlar isə hələ ki Ermənistan mətbuatında yayılıb.  Onun Ermənistandakı  fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı son qərarı Tramp verəcək.

Söz yox ki, K.Kvin öz işini davam etdirsə belə Tramp Co Baydenin Cənubi  Qafqaz siyasətini yanlış saydığı üçün səfirin dəyişdiriləcəyini güman edirəm. Fikrimcə təkcə Ermənistandakı səfir  yox, digər Cənubi Qafqaz ölkələrindəki nümayəndələrinə də əl gəzdirəcək".


 Trampın  ermənipərəst siyasətçi sayılmadığını xüsusi vurğulayan A. Səmədov qeyd edib ki, onun Cənubi Qafqaz siyasəti ABŞ-nin ermənipərəst mövqedən nisbətən uzaqlaşması ilə nəticələnəcək: 

"D. Tramp birinci hakimiyyəti dövründə də sübut etmişdi ki, erməni diasporunun təsiri ilə hərəkət etmir. Yəni, erməni diasporunun təzyiqlərinə qətiyyən önəm vermir. Bunu Ermənistan üçün o qədər də uğurlu saymaq olmaz. Böyük ehtimalla, Trampın Cənubi Qafqaz siyasəti ABŞ-nin ermənipərəst mövqedən nisbətən uzaqlaşması ilə nəticələnəcək. Onu da deyim ki,  Donald Tramp açıq şəkildə Rusiya-Ukrayna müharibəsinin günahını Co Baydenin üzərinə atır. Baydenin post sovet ölkələrinə qarşı yeritdiyi siyasəti yanlış hesab edir. Xatırlayırsınızsa, Bayden Administrasiyası hakimiyyətlərinin son günlərində Ermənistanla tərəfdaşlıq sazişi imzalamışdı.   Seçkilərdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqtona səfəri isə göstərdi ki Tramp Administrasiyası Paşinyanı strateji tərəfdaş saymır. Ermənistanla münasibətlərinə  məsafə qoyan Tramp Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla əməkdaşlığın daha da sıxlaşdırılması xəttini əsas götürəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Mart 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see297

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see211

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see206

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see176

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see168

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see156

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see144

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see141

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see141

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see140

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see136

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see134

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see134

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see129

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see129

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see129

Nazirin keçmiş müşavirinə yeni vəzifə verildi

12 Noyabr 2025 17:13see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri