Icma.az
close
up
RU
ABŞ ermənipərəst mövqeyindən əl çəkib Politoloq

ABŞ ermənipərəst mövqeyindən əl çəkib Politoloq

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

"Donalt Tramp administrasiyasının hakimiyyətə qayıdışı ilə ABŞ və Azərbaycan arasında münasibətlər müşbətə doğru dəyişib".

Bu fikirləri politoloq Elçin Xalidbəyli Metbuat.az-a iki ölkə arasındakı əlaqələrin inkişafından danışarkən söyləyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərdə ciddi böhran yaşanırdı. Çünki Bayden administrasiyası Azərbaycana qarşı sərt təzyiqlər göstərməyə cəhd edirdi:

“Həmin dövrdə Bayden administrasiyası açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirir, Ermənistanın əsas beynəlxalq himayədarlarından biri kimi avanqard rol oynayırdı. ABŞ Avropa Birliyi ilə birlikdə Ermənistanı gücləndirməyə çalışır, eyni zamanda Azərbaycana qarşı beynəlxalq təzyiqləri artırmaq üçün vahid mövqedən çıxış edirdi. Ermənipərəst yanaşmalar ön plana çəkilir, bu istiqamətdə normativlər formalaşdırılmağa çalışılırdı. Təbii ki, Bayden administrasiyasının bu davranışlarına Azərbaycan qətiyyətlə müqavimət göstərdi və dəfələrlə rəsmi Bakıya qarşı diktə edilən şərtləri bloklamağı bacardı. Bu baxımdan, son illərdə Azərbaycan və ABŞ münasibətlərində kəskin ziddiyyətlər diqqət mərkəzində idi”.

E.Xalidbəyli bildirib ki, Tramp administrasiyası artıq ilkin addımlar atmaqla, Azərbaycanla normal və pozitiv məzmunlu münasibətlər qurmağa hazır olduğunu açıq şəkildə bəyan edir:

"Hətta yaxın gələcəkdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ehtimal olunur. Eyni zamanda, Tramp administrasiyası Azərbaycana maraq göstərdiyini gizlətmir. Ən önəmlisi isə budur ki, Trampın hakimiyyətə qayıdışından sonra ABŞ artıq ermənipərəst mövqedən uzaqlaşıb. ABŞ indiki mərhələdə Ermənistanı himayə edən dövlət kimi çıxış etmir və bu, Azərbaycanla münasibətlərin yeni mərhələyə keçməsi baxımından olduqca əhəmiyyətlidir”.

Politoloq son dövrlərdə baş verən hadisələri nəzərə alaraq qeyd edib ki, Azərbaycan və ABŞ münasibətləri daha çox inkişaf və irəliləyiş mərhələsinə keçmiş kimi görünür:

“Tramp administrasiyası Cənubi Qafqazda əsas avanqard dövlətin Azərbaycan olduğunu qəbul edir. Bayden administrasiyasından fərqli olaraq, Ermənistanı prioritet saymır, əksinə, diqqəti Azərbaycana yönəltməli olduğunu anlayır. ABŞ Cənubi Qafqazla bağlı regional siyasətini məhz Azərbaycanla münasibətlərin yaxşılaşdırılması kontekstində qurmağa üstünlük verir. Bütün bunlar göstərir ki, Azərbaycan ilə ABŞ arasında münasibətlərin inkişafı üçün olduqca münbit şərait yaranıb və hər iki tərəf bu şəraitdən maksimum səviyyədə yararlanmağa çalışmalıdır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 30 May 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri