ABŞ hərbi gücünün üçdə birini Yaxın Şərqə yığıb
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ İrana 150-dən çox təyyarə və donanmasının üçdə birini yerləşdirib.
Modern.az xəbər verir ki, bu barədə "The Washington Post" hava resursları və peyk görüntülərinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, hazırda ABŞ-nin bölgədəki hərbi mövcudluğu 2003-cü il İraq müharibəsi dövrü ilə eyni səviyyədədir.
Məlumata əsasən, ABŞ-nin Kritdəki bazasında yerləşən USS Gerald R. Ford təyyarədaşıyan gəmisində onlarla təyyarə var. Bu isə Yaxın Şərqə yerləşdirilən ikinci təyyarədaşıyan gəmidir. Nəşr qeyd edir ki, beləliklə, ABŞ gəmilərinin təxminən üçdə biri hazırda bölgədədir.
"Bu cəmlənmiş qüvvənin miqyası o deməkdir ki, ABŞ ordusu Trampın verdiyi istənilən qərarı davamlı, yüksək effektiv kampaniyadan tutmuş daha hədəflənmiş, məhdud zərbələrə qədər həyata keçirə bilər", - deyə Vaşinqton İnstitutunun tədqiqat direktoru və keçmiş Pentaqon rəsmisi Dana Strol qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 24 Fevral 2026 20:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















