ABŞ Hindistandan idxal edilən məhsulların rüsumunu ikiqat artırdı
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gündən (27 avqust) etibarən Hindistandan ABŞ-yə idxal edilən mallara 50%-lik rüsumlar qüvvəyə minəcək.
Yeniavaz.com xəbər verir ki, Vaşinqton bu barədə rəsmi Dehlini xəbərdar edib.
Xatırladaq ki, ABŞ-nin bu qərarına səbəb Hindistanın Rusiya neftinin alışını azaltmaqdan imtina etməsidir. Bu vaxta qədər sözügedən rüsumlar 25% təşkil edirdi.
Qeyd edək ki, ABŞ Hindistanın ən böyük ticarət tərəfdaşıdır. Keçən il bu ölkənin ABŞ ilə ticarət profisiti təxminən 46 milyard dollar təşkil edib. ABŞ-nin idxala tətbiq etdiyi tariflərin Hindistanın avtomobil, kimya, qida, zərgərlik və tekstil sektorlarına ciddi ziyan vuracağı ehtimal edilir.
Hindistan hökuməti tariflərdən əziyyət çəkən kiçik müəssisələrə güzəştli kreditlər vəd edib və Hindistan malları üçün yeni bazarlar açacağını bildirib.
“Bloomberg”in məlumatına görə , Hindistan neft emalı zavodları yaxın həftələrdə Rusiyadan neft idxalını bir qədər azaltmağı planlaşdırırlar.
Bu mövzuda digər xəbərlər:ABŞ viza rüsumunu artırdı
22 Sentyabr 2025 13:39
Hindistandan idxal edilən külli miqdarda qida məhsulunda NÖQSANLAR AŞKARLANDI
19 Fevral 2026 13:32
Hindistandan idxal edilən külli miqdarda qida məhsulunda NÖQSANLAR AŞKARLANDI FOTO
19 Fevral 2026 18:39
Rusiya Hindistandan benzin idxal etməyə başladı
01 İyul 2026 16:26
Hindistandan edilən boykot çağırışlarına Rəsmi Bakının reaksiyası
10 May 2025 12:58
Baxış sayı:166
Bu xəbər 27 Avqust 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















