Hindistandan edilən boykot çağırışlarına Rəsmi Bakının reaksiyası
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Azərbaycanın Pakistan-Hindistan məsələsində mövqeyi beynəlxalq hüquqa əsaslanır.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, son gərginliyin başlama səbəbi Pakistan ərazisinə zərbələr endirilməsi olub:
“Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, bir dövlətin digər dövlətin ərazisinə zərbələr endirməsinin qəbuledilməzliyini söylədik. Bizim çağırışlarımız hər iki tərəfə bu gərginliyə ən qısa zamanda son qoymaq, bu problemin siyasi diplomatik müstəvidə həll edilməsidir”.
Nazir Hindistan tərəfindən Azərbaycana qarşı boykot çağırışlarına münasibət bildirib:
“Kimsə bizim mövqeyimizdən narazıdırsa, buna daha diqqətlə baxsın. Biz burada çox məntiqli yanaşma sərgiləyirik”.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Hindistan ilə Pakistan arasında gərginliyin artması ilə bağlı yaydığı bəyanat Hindistanda etirazla qarşılanıb və Azərbaycana qarşı boykot çağırışlarına səbəb olub.
Bu mövzuda digər xəbərlər:Hindistandan Türkiyəyə boykot dalğası
17 May 2025 19:35
Ərdoğan boykot çağırışlarına münasibət bildirdi
04 Aprel 2025 16:18
Türkiyəli nazirdən boykot çağırışlarına cavab
02 Aprel 2025 09:13
Rəsmi Pekin Trampın çağırışlarına “yox” dedi
27 Avqust 2025 15:24
Boykot çağırışlarına dair avtomatik araşdırma başlatılıb
02 Aprel 2025 09:53
Baxış sayı:94
Bu xəbər 10 May 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















