ABŞ hipersəs raketinin ilk uğurlu sınaq buraxılışını həyata keçirdi
Icma.az, Teleqraf.com saytına istinadən bildirir.
ABŞ ordusu orta mənzilli hipersəs raketi "Dark Eagle"ın ilk uğurlu uçuş sınağını keçirib.
Teleqraf.com xəbər verir ki, sınaq buraxılışı Florida ştatındakı Kanaveral burnundan həyata keçirilib. İlkin məlumata əsasən, bu, raketin standart buraxılış qurğusundan atıldığı ilk uğurlu uçuş sınağı olub.
"Lockheed Martin" şirkəti tərəfindən hazırlanan "Dark Eagle" raketi saatda təxminən 6 min kilometr sürətlə hərəkət edir. Raket yüksək hündürlükdə manevr edə bilir ki, bu da onu raketdən müdafiə sistemləri üçün aşkarlanmaz edir. Layihəyə əsasən, raketin uzaqlıq diapazonu 2775 kilometr təşkil edir.
Bu yeni hipersəs raketi ABŞ ordusu və Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulub və müdafiə imkanlarını daha da artırmaq məqsədi daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 13 Dekabr 2024 08:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















