ABŞ hipersəs raketinin uçuş sınağını keçirib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 6 oktyabr, AZƏRTAC
ABŞ Hərbi Hava Qüvvələri HACM hipersəs raketinin ilk uğurlu uçuş sınağını keçirib.
AZƏRTAC xəbər verir ki, “The War Zone” ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadla məlumat yayıb.
Bildirilib ki, sınaq ABŞ və Avstraliya arasında əməkdaşlıq çərçivəsində uzunmənzilli zərbə imkanlarının inkişaf etdirilməsi məqsədilə keçirilib. Avstraliya Kral Hərbi Hava Qüvvələri sınaq zamanı raketin imkanlarının qiymətləndirilməsi üçün məlumatlar toplayıb.
Nəşrin məlumatına görə, sınaq Avstraliyadakı Vumera poliqonunda keçirilib. Raketin buraxıldığı təyyarə və sınağın dəqiq tarixi açıqlanmayıb.
Açıq mənbələrə əsasən, HACM-in uçuş məsafəsinin təxminən 500 kilometr, sürətinin isə 7 Maxa çatacağı gözlənilir. Raketin F-15E “Strike Eagle” və F/A-18F “Super Hornet” qırıcılarından buraxılması nəzərdə tutulur.
ABŞ Hərbi Hava Qüvvələri 2027-ci ilin sonunadək HACM raketlərinin məhdud həcmdə istehsalına başlamağı planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 06 Oktyabr 2026 09:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















