Icma.az
close
up
RU
ABŞ ı dünyada biabır edən təşkilat

ABŞ ı dünyada biabır edən təşkilat

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

USAID-dəki MKİ əməkdaşları Latın Amerikasında hərbi çevrilişlərin təşkilində iştirak ediblər

ABŞ-ın indiki hakimiyyəti Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətindən çox narazıdır. Bu, Dövlət Departamentinin məlumatında aydın hiss olunur: “USAID uzun müddətdir ki, xaricdə ABŞ-ın maraqlarını məsuliyyətlə inkişaf etdirmək üzrə qoyulan ilkin missiyasından uzaqlaşıb”. Bu səbəbdən USAID-in fəaliyyəti məhdudlaşdırılıb və ona müvəqqəti rəhbərlik Dövlət katibi Marko Rubioya həvalə olunub.

USAID-in illik büdcəsi 42,8 milyard dollardır. 2024-cü maliyyə ilində agentlik bu vəsaitin 35,44 milyard dollarını müxtəlif layihələrin maliyyələşməsinə xərcləyib. Layihələr arasında siyasi qrupların və qeyri-hökumət təşkilatlarının dəstəkləmnməsi də var. Bu baxımdan, casusluq və gizli əməliyyatlar da məhz təşkilatın çətiri altında həyata keçirilib. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Con Gilliqan deyib ki, USAID-ə yuxarıdan aşağıya, xaricdə könüllü kimi fəaliyyətdən dinə qədər bütün sahələrdə MKİ agentləri yerləşdirilib. Yəni USAID mahiyyət etibarilə MKİ-nin alt strukturu kimi çalışıb.

Ölkənin hərbi və kəşfiyyat dairələri USAID-dən ABŞ-ın dost saymadığı ölkələrdə mövcud ictimai-siyasi quruluşun dəyişməsi üçün “yumşaq güc”, “rəngli inqilab”lar həyata keçirmək üçün istifadə edib. Belə aksiyalara zəmin yaratmaq üçün isə illərlə həmin ölkələrdəki qeyri-hökumət təşkilatlarına, vətəndaş cəmiyyətinə, mediaya və sair sahələrə dəstək adı altında çoxmilyonlu qrantlar ayrılıb, vəsaitlərin xərclənməsi ilə bağlı şəffaflıq pozulub. USAID Cənubi Qafqazda da məkrli planlar həyata keçirib. Gürcüstanda siyasi qarışıqlıq üçün fəaliyyət göstərib. Radikal yönlü partiyaları, qurumları maliyyələşdirib. Ölkədə sabitliyi pozmağa, prosesləri öz istədiyi məcraya yönəltməyə çalışıb, ölkə daxilində ictimai rəyə təsir etmək niyyəti güdüb. Agentlikdən maliyyə dəstəyi alan partiya və QHT-lər çox təhlükəli oyun oynayır, Qərbin tapşırıqlarını yerinə yetirərək Gürcüstanda qarışıqlıq yaratmağa çalışırlar. Bu barədə danışan Tbilisi şəhərinin meri, hakim “Gürcü Arzusu–Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladzeyə görə, Gürcüstanda radikalizm və faşizm sona çatacaq: “Çünki radikalizmi və faşizmi maliyyələşdirən, bu ideologiyanı təşviq edən qüvvələr tədricən tarixdən silinib gedəcəklər”.

* * *

USAID-in məkirli fəaliyyətinə dünyanın hər yerində rast gəlinir. Məsələn, MKİ-nin və agentliyin əməkdaşları son onilliklərdə Latın Amerikasında bütün hərbi çevrilişlərdə iştirak ediblər. Cənubi Amerikada 146 dövlət çevrilişi cəhdi olub ki, onun da 70-i baş tutub. Hərbi çevrilişin səbəbkarı isə USAID olub. Çevrilişə hazırlıq zamanı müxalifət liderlərinə müvafiq təlimlər keçilib, maliyyələşdirilməsi təmin edilib. Siyasi-ideoloji və texniki dəstək verilib. Eyni zamanda, Agentlik kritik vəziyyətlərdə təhlükəsizlik qüvvələrinin “modernləşdirilməsi və reabilitasiyası” istiqamətində ciddi işlər görüb. Müxalifətə silahlı dəstək üçün agentlər cəlb edilib. Bunlar ondan xəbər verir ki, ABŞ demokratiya adı altında başqa dövlətlərin siyasətinə təsir göstərməklə öz məqsədlərini reallaşdırmaq məqsədi güdüb.

Məhz USAID-in dəstəyi ilə Çilidə 1973-cü il sentyabrın 11-də baş tutmuş hərbi çevriliş unudulmayıb. Çili Prezidenti Salvador Alyendenin demokratik yolla seçilmiş hökuməti general Auqusto Pinoçetin başçılıq etdiyi hərbi çevriliş nəticəsində devrilib. Çünki ABŞ sosialist Salvador Alyendenin hakimiyyətə gəlməsindən narazı idi. Onun mis sənayesinin üzərində dövlət nəzarətini bərpa etmək cəhdləri Vaşinqtonun maraqlarına toxunurdu. Bu səbəbdən ABŞ Salvador Alyendenin hakimiyyətdən salınması yolunda məxfi planlar hazırlamağa başladı. 1970-ci illərdə MKİ Salvador Alyendenin siyasi rəqiblərini maliyyə yardımı edərək dəstəklədi. Aydındır ki, bu, USAID kimi qurumlar tərəfindən həyata keçirilirdi. Hərbi çevrilişlərə məruz qalan ölkələrin siyahısına Qvatemala, Salvador, Ekvador, Argentina, Paraqvay da daxildir.

USAID Venesuela və Boliviyanın daxili işlərinə də qarışır. Dəfələrlə bu ölkələrdə qarışıqlıq yaratmağa cəhd edilib. Xüsusilə seçkilərin nəticələrinin saxtalaşdırıldığı barədə məlumatlar yayıb, insanları etiraz aksiyalarına çağırıb. Venesuela Prezidenti Nikolas Maduro dəfələrlə ABŞ-ın dünyanın digər ölkələrinin daxili işlərinə müdaxilə siyasətinin qəbuledilməz olduğunu bəyan edib. Bu cür müdaxilələrin nəticəsidir ki, bəzi dövlətlər USAID-i daxili işlərinə müdaxilə etdiyi üçün ölkədən çıxarıb. Məsələn, Rusiya, Boliviya və Venesuela agentliyin fəaliyyətini məhdudlaşdırıb. Qurumun əməkdaşları Çin, İran və digər dövlətlərdən biabırçıcasına qovulublar.

Eyni zamanda, USAID hərbi çevrilişlər hazırlamaqdan əlavə korrupsiya mənbəyi rolunu oynayıb. Meksika Prezidenti Klaudiya Şeynbaum mətbuat konfransında deyib: “Agentlik tədqiqat layihələrindən tutmuş hökumətlərdəki müxalifət qruplarına qədər hər şeyi maliyyələşdirib. Meksikada “Korrupsiya üçün meksikalılar” təşkilatı bu qurumdan dəstək alıb”. Meksika liderinin sözlərinə görə, ABŞ başqa ölkələrə yardım və dəstək vermək niyyətindədirsə, şəffaf olan başqa kanallar açmalıdır. Dövlət katibi Marko Rubio isə San-Xosedə Kosta-Rika Prezidenti Rodriqo Çaveslə birgə mətbuat konfransında çıxışı zamanı qeyd edib ki, ABŞ yardımının yalnız 10-13 faizi nəzərdə tutulan alıcıya çatır: “Qalanı isə əlavə xərclərə və bürokratiyaya gedib”.

* * *

USAID-in məkrli siyasəti Azərbaycandan da yan keçməyib. Bu qurum Bakıdakı şəbəkəni Gürcüstan üzərindən maliyyələşdirmək cəhdlərini davam etdirir. “Meydan TV” işi ilə bağlı ortaya çıxan son faktlar USAID-in Azərbaycandakı şəbəkəsini yenə də Gürcüstan üzərindən maliyyələşdirməyə davam etdiyini təsdiqləyir. Araşdırmalar nəticəsində məlum olub ki, “Meydan TV”nin maliyyələşməsini həyata keçirən Almaniyada qeydiyyatdan keçirilmiş “Demokratiya Uğrunda Assosiasiya” adlı QHT-dir. Onun ABŞ vətəndaşı olan rəhbəri Metyu Kasper vəsaiti Gürcüstan banklarına transfer edir, daha sonra turist, yaxud müxtəlif adlar altında Tbilisiyə gedən “Meydan TV” əməkdaşları həmin pulları nağdlaşdıraraq, ölkəyə gətirirlər. Bu faktlar Qərbin Azərbaycandakı şəbəkəsinin maliyyələşməsində Gürcüstanın platforma kimi istifadə edilməsi cəhdlərinə hələ də son qoyulmadığını göstərir.

Mövzu ilə bağlı XQ-yə açıqlama verən ekspert Əfsun Sucayev USAID-in 1991-ci ildən başlayaraq Azərbaycanda fəaliyyət göstərdiyinə diqqət çəkdi: “Qurumun missiyası zəif inkişaf etmiş, ehtiyacı olan ölkələrə dəstək verməkdir. O dövrdə USAID -in Azərbaycanda fəaliyyəti anlaşılan idi. Amma sonrakı dövrlərdə bu qurumun fəaliyyəti dəyişikliyə məruz qaldı. 2023-cü ilin sentyabrında Azərbaycan 23 saatlıq antiterror əməliyyatı keçirərək suverenliyini bərpa etdi. Bundan qısa müddət sonra ABŞ-dan Azərbaycana qarşı beynəlxalq hüquqla uzlaşmayan hücumun şahidi olduq. 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan edən 907-ci düşəliş qəbul edildi. 2001-ci ildə 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verdi. Amma 2023-cü ildə Azərbaycan suverenliyini bərpa etdiyi üçün yenidən “cəzalandırıldı”. 907-ci düzəliş qüvvəyə mindi. Yadınızdadırsa, USAID rəhbəri Samanta Pauer Ermənistanın tərəfini saxlamışdı. O, “X” sosial şəbəkədə paylaşdığı videoda hərbi əməliyyat nəticəsində 100 min erməninin Qarabağı tərk etdiyini və ABŞ-ın onlarla həmrəy olduğunu demişdi. Halbuki, onlar Qarabağı könüllü tərk etmişdilər. ABŞ-ın köçkünlərə əlavə 4 milyon dollar həcmində humanitar yardım ayırdığını elan edən Samanta Pauer köçkünləri qəbul etdiyi və onlara yardım göstərdiyi üçün Ermənistan hökumətinə minnətdarlığını vurğulamışdı. Hesab edirəm ki, USAID-in fəaliyyətinin dayandırılmasının vaxtıdır. Çünki bu qurum Azərbaycanın maraqlarını nəzərə almır və yalnız öz maraqlarından çıxış edir. USAİD-in Azərbaycanda mövcudluğunun və təmsilçiliyinin davam etdirilməsinə ehtiyac yoxdur və fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib”.

Sonda onu da qeyd edək ki, Beynəlxalq İnkişaf Agentliyi hərbi çevrilişləri dəstəkləməklə yanaşı, COVID-i, bioloji silahları da maliyyələşdirib. ABŞ Hökumətinin Effektivliyi İdarəsinin rəhbəri İlon Mask USAID-i bioloji silahların hazırlanmasını maliyyələşdirməkdə ittiham edib. O, bu barədə “X” hesabında yazıb: “USAID-in sizin vergi pullarınızdan istifadə edərək milyonlarla insanın ölümünə səbəb olan COVID-19 da daxil olmaqla bioloji silahların inkişafını maliyyələşdirdiyini bilirdinizmi?”. İlon Mask USAID-i “beynəlxalq cinayətkar təşkilat”adlandırıb. İndi, o, federal hökumətdə dələduzluq, səmərəsiz xərclər və sui-istifadə hallarının aradan qaldırılması ilə məşğul olacaq.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Fevral 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see176

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see159

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see156

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see144

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri