Icma.az
close
up
RU
Rüzgar ı öldürən əmisi danışdı: Biabır olmamaq üçün...

Rüzgar ı öldürən əmisi danışdı: Biabır olmamaq üçün...

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən Babək İbadovun ifadəsi ilə davam edib:

“Yasin ailəliklə bizi bloka atmışdı. Bir il qabaq kafe götürmüşdüm ki, işlədim. Onu da yanımda işə götürmüşdüm. Babamızın adını vermişdik deyə Yasini əzizləyirdik. Mən onun transseksual olduğunu hiss eləməmişdim. Uzun saç saxlayırdı. Yasin iyun ayında Mingəçevirə imtahan sessiyasına getdi, bir aydan sonra qayıdacaqdı. Anası zəng eləyib ağlamağa başladı ki, Yasin evə gəlmir. Öz instagramında Türkiyəyə uçmaq üçün aldığı biletin şəkilini paylaşmışdı. Bir gün sonra qardaşımla pul tapıb Türkiyəyə getdik. Dedik bu sadəlövh uşaqdır, tapıb evə gətirək ki, narkotikə, pis vərdişlərə qurşanmasın. Rayondakı qohumlar hətta qurban demişdilər ki, tapılsa, qurban kəsəcəyik. İstanbulda hətta hüquq-mühafizə orqanlarına da müraciət etdik. Onlar bizə dedilər ki, bu 19 yaşı tamam olmuş insandır, istəməsə, güclə apara bilmərik.

Noyabrın 1-də instagram-da Yasinin üzü və dodağı boyalı, gözü sürməli şəkili qabağıma çıxdı. Telefonu əsəblə qırağa tulladım. Evdəkilər əsəbiləşdiyimi görüb dedilər boş ver, bəlkə montaj ediblər. Mən müharibə iştirakçısı olmuşam, parada gedəcəkdim müharibə iştirakçısı kimi. Amma buna görə getmədim ki, biri tanıyıb bilsə, biabır olacam. Hadisə günü Yasin məni görən kimi biədəb səslərlə qışqırdı ki, “Kömək edin, nə olar kömək edin”. Müharibədən bəri 5 ildir üstümdə gəzdirdiyim bıçağı zərblə Yasinin kürəyinə sancdım. Özümə gələndən sonra bildim ki, 20 dəfə bıçaq zərbəsi vurmuşam. Bir də baxdım ki, o, yerə sərilib. Dəqiq xatırlamıram kimdir, ayılanda bir səsin “Sən neylədin?” dediyini eşitdim. Sonra bir polis yaxınlaşdı mənə, əllərimi uzadıb dedim ki, “Qandalla qollarımı”. Əməlimdən peşmanam. Soyadını çıxarsaydı, itib cəhənnəm olsaydı, onunla işim olmazdı”.

Şahid İ.T. hadisədən sonradan xəbər tutduğunu deyib:

“Anası zəng elədi ki, universitetdən çıxıb evə qayıtmayıb. Babəklə getdik Türkiyəyə. Yasinə zəng çatmırdı, tapa bilməyib Bakıya qayıtdıq. Kaş ki, belə olmayaydı, nəticədə ölən də mənimkidir, öldürən də”.

Şahid X.B. ifadəsində eşitdiyi səs-küydən sonra hadisə yerinə getdiyini bildirib:

“Tarqovıda 6 saylı postda xidmətdə idim. Bu qardaş (Babək İbadovu göstərir) özü yaxınlaşdı ki, qardaşım oğludur, mən öldürmüşəm. Yaxınlaşanda yerdə uzanmış gəncin kürəyində bıçaq vardı, o xırıldayırdı”.

Şahid İ.S. ifadəsində hadisə olan vaxt həbsdə olduğunu deyib:

“31 dekabr 2025-də həbsdən çıxdım. Mingəçevirdə imtahanları verən vaxtı telefonla danışmışdım. Oğlumun cinsi azlıq olduğunu çıxandan sonra bilmişəm.Yasin hirsli vaxtımda mənim də qabağıma çıxsaydı, bəlkə mən də vurardım”.

Növbəti proses 23 fevral saat 11:20-yə təyin olunub.

Xatırladaq ki, hadisə 2025-ci il noyabrın 6-da Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov bıçaqlanaraq öldürülüb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun əmisi, 38 yaşlı Babək İbadov tutulub.

Qətlə yetirilən Yasin İbadovun LGBT+ nümayəndəsi olduğu bildirilir. O, “Rüzgar” ləqəbi ilə tanınırmış.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb, B. İbadova  Cinayət Məcəlləsinin 120.2.2  120.2.4 221.3 228.5 maddələri ilə ittiham irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Fevral 2026 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri