Icma.az
close
up
RU
ABŞ ilə altıncı raund danışıqlarla bağlı qərar verilməyib İran XİN

ABŞ ilə altıncı raund danışıqlarla bağlı qərar verilməyib İran XİN

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran Xarici İşlər Nazirliyi ABŞ ilə danışıqların altıncı raundu ilə bağlı qərarın hələ verilmədiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında bildirib.

Bəqai qeyd edib ki, İran müvafiq vaxtda Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün ABŞ ilə danışıqların altıncı raundunun tarixini və yerini açıqlayacaq.

"Hazırda danışıqların altıncı raundu ilə bağlı jurnalistlər üçün heç bir məlumatım yoxdur. Qərar qəbul olunarsa, bu barədə daha sonra məlumat veriləcək", - İran XİN rəsmisi deyib.

Onun sözlərinə görə, İran təşəbbüsünü Oman vasitəsilə ABŞ-yə ötürəcək:

“İran xalqının mənafeyini və hüquqlarını nəzərə almayan hər hansı plan – istər dinc nüvə enerjisi, o cümlədən uranın zənginləşdirilməsi sahəsində, istərsə də qeyri-qanuni sanksiyaların ləğvi baxımından – qəbuledilməzdir. Biz öz təşəbbüsümüzü yekunlaşdırdıqdan dərhal sonra Oman vasitəsilə qarşı tərəfə ötürəcəyik. Bu təklifi ciddi şəkildə nəzərdən keçirmək əlbəttə ki, Birləşmiş Ştatların maraqlarına uyğundur", - o əlavə edib.

Qeyd edək ki, İran və ABŞ nümayəndələri mayın 23-də Romada İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq üçün danışıqların beşinci raundunu keçiriblər. Tərəflər arasında vasitəçilik edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi "müəyyən, lakin yekun deyil"in əldə edildiyini bildirib.

İyunun 1-də Ağ Ev ABŞ-nin xüsusi nümayəndəsi Steven Uitkoffun İran hakimiyyətinə Tehranın nüvə proqramı ilə bağlı “ətraflı və məqbul” təklif göndərdiyini açıqlayıb.

“Axios”-un məlumatına görə, bu, İranın sonradan müəyyən ediləcək bir müddət ərzində uranı aşağı səviyyəyə qədər zənginləşdirməyə davam edə biləcəyini nəzərdə tutur.

İyunun 7-də ABŞ prezidenti Donald Tramp deyib ki, İran uranı zənginləşdirməməli, əks halda Vaşinqtonun nəticələri ilə üzləşməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 İyun 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri