Icma.az
close
up
RU
İran XİN: ABŞ la danışıqların altıncı raundu ilə bağlı qərar hələ verilməyib

İran XİN: ABŞ la danışıqların altıncı raundu ilə bağlı qərar hələ verilməyib

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

İran müvafiq vaxtda Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün ABŞ-la danışıqların altıncı raundunun tarixini və yerini açıqlayacaq.

Bizimyol.info xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.

"Hazırda danışıqların altıncı raundu ilə bağlı jurnalistlərə veriləcək heç bir məlumatım yoxdur. Qərar qəbul olunarsa, daha sonra elan olunacaq", - deyə diplomat brifinqdə deyib.

Onun sözlərinə görə, İran xalqının maraq və hüquqlarını nəzərə almayan istənilən plan - həm dinc nüvə enerjisi, o cümlədən uranın zənginləşdirilməsi sahəsində, həm də qeyri-qanuni sanksiyaların ləğvi baxımından - qəbuledilməzdir.

“Biz öz təşəbbüsümüzü yekunlaşdırdıqdan dərhal sonra Oman vasitəsilə qarşı tərəfə çatdıracağıq. Təbii ki, bu təklifi ciddi şəkildə nəzərdən keçirmək ABŞ-ın maraqlarına uyğundur”, - deyə o əlavə edib.

İran və ABŞ nümayəndələri İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq üçün mayın 23-də Romada danışıqların beşinci mərhələsini keçiriblər. Tərəflər arasında vasitəçilik edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi, "bəzi, lakin yekun deyil, irəliləyişin" əldə edildiyini bildirdi.

İyunun 1-də Ağ Ev ABŞ prezidentinin elçisi Steven Vitkoffun İran hakimiyyətinə Tehranın nüvə proqramı ilə bağlı "ətraflı və məqbul" təklif göndərdiyini açıqlayıb.

"Axios" portalının məlumatına görə, bu, İranın sonradan müəyyən ediləcək bir müddət ərzində uranı aşağı səviyyəyə qədər zənginləşdirməyə davam edə biləcəyini nəzərdə tutur.

İyunun 7-də ABŞ prezidenti Donald Tramp deyib ki, İran uranı zənginləşdirməməlidir, əks halda Tehran Vaşinqtonun nəticələri ilə üzləşəcək.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 İyun 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri