Icma.az
close
up
RU
ABŞ ilə İran arasında müharibə deyil, uzun danışıqlar dövrü başlayır Metyu Brayza

ABŞ ilə İran arasında müharibə deyil, uzun danışıqlar dövrü başlayır Metyu Brayza

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Donald Tramp jurnalistərə çıxışı zamanı elan edib ki, Vaşinqton vaxtı ilə başa çatacaq atəşkəs dövrü bitərsə, o, İranın bütün körpülərinə və elektrik stansiyalarına qarşı genişmiqyaslı bombardman hücumlarından istifadə edəcəyi ilə hədələyir. Bu, İran iqtisadiyyatını həqiqətən məhv edə bilər və ölkə daxilində elektrik enerjisi kəsilərsə, potensial olaraq genişmiqyaslı mülki üsyana səbəb ola bilər. Lakin aydındır ki, Tramp bunun baş verməsini istəmir. Onun əsas üstünlüyü İslamabadda danışıqların bərpasıdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirdi.

"Vaşinqtondan gələn media xəbərlərində deyilir ki, ABŞ vitse-prezidenti Cey Di Vensin Vaşinqtondan İslamabada uçması və danışıqlarda iştirak etməsi üçün bütün hazırlıqlar görülüb. O, prezidentin kürəkəni Cared Kuşner və prezidentin elçisi Stiven Uitkof ilə birlikdə iştirak edəcəkdi. İran tərəfi isə bildirib ki, ABŞ İrana qarşı blokadanı ləğv etməyincə danışıqlarda iştirak etməyəcək. Amerika isə bilir ki, bu blokada İrana həm diplomatik həm də iqtisadi təzyiq göstərir ki, İranı danışıqlar masasına gətirməyə sövq etsin" - deyən diplomatın fikrincə, atəşkəs müddəti başa çatdıqda biz böyük ehtimalla tərəflərin İslamabadda üz-üzə danışıqlar apardığını görəcəyik.

"Əgər bu baş verməsə, tərəflər əsasən Pakistan vasitəsilə, həmçinin Türkiyə, Qətər, Misir və hətta Səudiyyə Ərəbistanının da rolu ilə diplomatik mesajlar mübadiləsini davam etdirəcəklər. 

Dağlıq Qarabağ da daxil olmaqla bir neçə münaqişənin vasitəçisi kimi təcrübəmə dayanaraq deyə bilərəm ki, diplomatiya adətən ABŞ-nin vitse-prezidenti və ya İran parlamentinin spikeri səviyyəsindən daha aşağı səviyyələrdə baş verir. Bu danışıqlar uzun müddətdir ki, aktiv şəkildə davam edir. Düşünürəm ki, bu davam edəcək. Lakin Amerikanın İrana qarşı daha çox hərbi güc tətbiq etməsi mümkündür. İranın hava hücumundan müdafiəsi xeyli zəifləyib və ABŞ yəqin ki, artıq qeyd etdiyim körpülər və elektrik stansiyaları kimi İran infrastrukturunu məhv etmək imkanına malikdir. Amma dediyim kimi, Trampın özünün bunu etmək istədiyini düşünmürəm. O, bu müharibədən danışıqlar yolu ilə çıxış yolu tapmaq istəyir".

Keçmiş səfir hesab edir ki, danışıqlar uzun vaxt aparacaq:

"Tərəflərin bu həftənin sonunda İslamabaddakı görüşlər əsasında sülh sazişi imzalaması isə qeyri-mümkündür. Onlar sazişin fundamental prinsipləri üzərində razılaşa bilərlər, ondan sonra isə detalları müzakirə etmək üçün xeyli vaxt lazım olacaq. Xatırlayırsınızsa, İran nüvə sazişini müzakirə etmək üç il çəkmişdi. Bu bəlkə üç il çəkməz, amma bütün mürəkkəb məsələləri həll etmək müəyyən vaxt aparacaq. Hazırda isə ən aktual məsələlər Hörmüz boğazı və uranın zənginləşdirilməsidir. Hörmüz boğazı məsələsində iranlılar boğazdan keçid üçün rüsum almaq istəyirlər. Bəlkə də bu rüsum müharibənin vurduğu ziyanı aradan qaldırmaq üçün İrana və digər körfəz dövlətlərinə kömək məqsədilə müvəqqəti yenidənqurma fondu kimi qələmə verilə bilər. Bu, onların ortaq dil tapa biləcəyi bir sahədir".

Metyu Brayza əlavə etdi ki, nüvə zənginləşdirilməsinə gəlincə isə İran müharibə səbəbindən onsuz da uranı zənginləşdirə bilmir.

"İslamabaddakı son müzakirələrdə İran uranın zənginləşdirilməsinə beş illik moratorium təklif edib, ABŞ isə iyirmi il tələb edib. Beləliklə, onlar artıq uranın zənginləşdirilməsi ilə bağlı oxşar şərtlərlə danışmağa başlayıblar. Mövcud olan zənginləşdirilmiş uranın isə iyun ayında ABŞ-nin hücumları nəticəsində dağıntılar altında qaldığı ehtimal edilir. Beləliklə, Amerika Birləşmiş Ştatlarının İranın uranı zənginləşdirmək hüququnu tanıması və İranın buna qarşılıq olaraq qeyri-müəyyən müddətə moratorium qoyması mümkündür", - deyə o yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Aprel 2026 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri