Icma.az
close
up
RU
Metyu Brayza: “ABŞ ın təklifləri Ukraynadan çox Rusiyanın xeyrinədir” EKSKLÜZİV

Metyu Brayza: “ABŞ ın təklifləri Ukraynadan çox Rusiyanın xeyrinədir” EKSKLÜZİV

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Moskvada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və tanınmış sahibkar Cared Kuşnerlə görüş keçirib. Bundan əlavə, Rusiya, ABŞ və Ukraynanın nümayəndələrindən ibarət üçtərəfli işçi qrupunun Əbu-Dabidə danışıqları baş tutub.
Bəs ard-arda keçirilən bu iki görüşdən hansı nəticələr əldə edildi?
Mövzu ilə bağlı Bizim.Media-nın suallarını Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza cavablandırıb.
Analitik hesab edir ki, son görüşlərdən ciddi nəticələr gözlənilmir:
“Əbu-Dabidə Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətləri arasında böyük bir irəliləyiş olacağını gözləmirəm. Bu da ona görədir ki, yerdə qalan tək məsələ, yəni Ukrayna ərazilərinin nə qədərinin Rusiya tərəfindən işğal olunmağa davam edəcəyi, idarə olunacağı və nəticədə üzərində suverenlik qazanılacağı mövzusu ən çətin məsələdir. Əslində, Rusiyanın Ukraynaya hücum etməsinin bütün səbəbi də elə budur”.
“Trampın komandasının təklifləri daha çox Rusiyanın xeyrinədir”
Analitik qeyd edib ki, son günlərdə Ukraynanın Rusiyanın bir daha hücum etməyəcəyinə zəmanət vermək üçün tələb etdiyi təhlükəsizlik təminatı ilə bağlı mühüm irəliləyişlər əldə olunsa da, ərazi məsələsində bir irəliləyiş olacağını gözlənilmir:
 

“Çünki Prezident Putinin hələ də həmin əraziləri ilhaq etmək kimi maksimalist məqsədləri var. Ukrayna tərəfi isə buna icazə vermək istəmir və mövqeyini öz konstitusiyaları ilə əlaqələndirir. Bununla belə, düşünürəm ki, ABŞ tərəflər arasında səmimiyyətlə vasitəçilik edir. Prezident Tramp hətta ikinci dəfə seçilməmişdən xeyli əvvəl də müharibəni dayandırmağa çalışmaq öhdəliyi olduğunu və buna inandığını açıq şəkildə bildirmişdi. O, Ukraynanın adından çıxış etmir. Əslində, komandasının irəli sürdüyü təkliflər çox vaxt Ukraynadan daha çox Rusiyanın xeyrinə olub”.


Analitik əlavə edib ki, Tramp Rusiya-Ukrayna müharibəsində səmimi vasitəçi olsa da, vəziyyət mürəkkəb olaraq qalmaqdadır:
“Bəli, hesab edirəm ki, ABŞ Qarabağda olduğu kimi bu münaqişədə də səmimi vasitəçidir. Lakin Azərbaycan və Ermənistan məsələsində olduğu kimi, hazırda müharibə edən tərəflərin (Rusiya və Ukraynanın) Ukrayna ərazisi və onun nə qədərinin suveren Ukrayna ərazisi olaraq qalacağı, nə qədərinin isə uzunmüddətli perspektivdə Rusiyanın nəzarəti və suverenliyi altına keçəcəyi ilə bağlı mövqelərini uzlaşdırmaq üçün heç bir yolu yoxdur”.
Tehran Orucoğlu, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://bizim.media
archiveBu xəbər 24 Yanvar 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri