Icma.az
close
up
RU
ABŞ ilə İran arasındakı münasibətlərdə müəyyən yumşalmalar müşahidə edilə bilər? AÇIQLAMA

ABŞ ilə İran arasındakı münasibətlərdə müəyyən yumşalmalar müşahidə edilə bilər? AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tramp inaqurasiya mərasimində bildirmişdi ki, onun prezidentliyi  dövründə ABŞ-nin xarici siyasi aqressiv müdaxilədən daha mötədil yanaşmalara keçəcək. Donald Trampın prezidentliyi dövründə ABŞ ilə İran arasındakı münasibətlərdə müəyyən yumşalmalar müşahidə edilə bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Donald Trampın prezidentlik dövründə ABŞ-la İran arasındakı münasibətlərin necə olacağına dair öncədən fikir bildirmək çətindir:
“Çünki Tramp İrana qarşı sərt mövqeyə sahibdir. Biz onun birinci prezidentlik dövründə də bunun şahidi olmuşuq. Daha çox İsrail meyilli siyasət aparır. Ancaq eyni zamanda İrandakı Məsud  Pezeşkiyan hökuməti də maksimum dərəcədə çalışır ki, ABŞ-ın aqressiyasının qarşısını alsın. Bu məsələ ilə həm xarici işlər naziri Abbas Araqçı, həm də ölkənin vitse-prezidenti Məhəmməd Cavad Zərif məşğul olur. Məlum olduğu kimi Məhəmməd Cavad Zərif Həsən Ruhaninin dövründə xarici işlər naziri olaraq da ABŞ-ın İrana qarşı olan o kəskin aqressiyasının qarşısını almaq üçün geniş şəkildə fəaliyyət göstərib. Onun xüsusilə ABŞ-da təhsil alması və dövlət departamentində çoxsaylı  dostlarının olması da şəxsi əlaqələr zəmnindən bu baxımdan önəmlidir. Yəni, çalışacaqlar ki, İran tərəfindən ABŞ-nın hansısa hücumu olmasın. Hətta nüvə silahını əldə edilməsi ilə bağlı prosesin dondurulması da bu istiqamətdə doğru atılmış addımlardan biridir. Ancaq eyni zamanda İsrailin bundan istifadə edərək ABŞ-nı daha da İrana qarşı qıcıqlandıracaq addımlar atdırmasının şahidi ola bilərik. Yəni Qəzza zolağından fələstinliləri birdəfəlik köçürülməsi və oranın dağıdılaraq yeni yaşayış massivlərinin salınmasına başlanılacaq. Yəni söhbət yəhudi yaşayış massivlərindən gedir təbii ki. Eyni zamanda İranın Yaxın Şərqdə olan proksi qüvvələrinin ABŞ-nin köməyilə məhv edilməsi prosesinin başlanmasında şahid olacaq. Yəni əgər İran ABŞ və İsrailin həmin o proksilərə-HƏMAS, Hizbullah və husilərə qarşı əməliyyatına hər hansısa bir müdaxilə edərsə, İrana qarşı Trampın  bir səs ritorikasının şahidi ola bilərik. Əgər İran bu məsələlərə müdaxilə etməsə, o zaman ABŞ İrana çox da təzyiq göstərməyəcək. Ancaq eyni zamanda İranın bu məsələlərdə sakit qalması Pezeşkian hökumətini çox çətin vəziyyətə sala bilər. Çünki həmin qüvvələrlə SEPAH-ın  arasında çox ciddi şəkildə əlaqə var. Biz mühafizəkar dairələrin və SEPAH-ın da Pezeşkiaan hökumətinə qarşı sərt münasibətinin şahid olmuşuq. Pezeşkian hökumətinin proksi qüvvələri qarşı belə laqeyd münasibət bəsləməsi İran daxilində onun özünə qarşı çox sərt bir müxalifətin yaranmasını və hətta hökumətin devrilməsinə belə gətirib çıxara bilər”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Fevral 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri