İran ABŞ ilə danışıqlara başlayacaqmı? AÇIQLAMA
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran, İsrail ilə qarşıdurmadan sonra ABŞ ilə Tehranın nüvə proqramı ilə bağlı dialoqu mənasız hesab edir, lakin bazar günü keçirilməsi planlaşdırılan danışıqlarda iştirak edib-etməmək barədə hələ qərar verilməyib.
Bakupost.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bağayi danışıb:
“Digər tərəf ABŞ elə davrandı ki, artıq dialoqun heç bir mənası qalmadı. Eyni anda həm danışıqlardan bəhs edib, həm də İsrailə İran ərazisini hədəf almaq imkanı vermək olmaz. Bu məsələyə dair bazar günü hansı qərarı verəcəyimiz hələlik dəqiq deyil.”
O, İsrailin hücumlarının Vaşinqtonun icazəsi olmadan baş verə bilməyəcəyini qeyd edərək ABŞ-ni bu hücumu dəstəkləməkdə ittiham edib.
Qeyd edək ki, bundan əvvəl iyunun 15-də Maskat şəhərində ABŞ və İran nümayəndələri arasında görüş planlaşdırılırdı. Lakin İsrailin hücumlarından sonra bu görüşün baş tutub-tutmayacağı qeyri-müəyyən qalıb.
Aysel,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 14 İyun 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















