Icma.az
close
up
RU
ABŞ ilə İran razılığa gəlsə...

ABŞ ilə İran razılığa gəlsə...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tramp məhdudiyyətləri ləğv edəcək?

Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında son iki ayda aparılan diplomatik təmaslar, o cümlədən Məsqətdə baş tutan görüşlər artıq öz nəticələrini göstərməyə başlayıb. Belə ki, “The Wall Street Journal” nəşrinin məlumatına görə, Vaşinqton İrana qarşı yeni sanksiyaların tətbiqinə fasilə vermək qərarına gəlib. Nəşr qeyd edir ki, ötən həftə Ağ Evin mətbuat katibi Karolin Levitt Dövlət Departamentinə, Maliyyə Nazirliyinə və Milli Təhlükəsizlik Şurasına “İrana qarşı yeni sanksiyaların tətbiqi üçün bütün fəaliyyətləri dayandırmağı” tələb edən direktiv göndərib. Bu, Trampın İrana qarşı “maksimum təzyiq” siyasətinə faktiki olaraq son qoyması anlamına gəlir. Levittin müavini Anna Kelli nəşrə şərhində bu məlumatı birbaşa təkzib etməyib, ancaq bildirib ki, “ya Ağ Ev, ya da müvafiq nazirliklər sanksiyalarla bağlı hər hansı yeni qərarı elan edəcək”. Nəşrin məlumatında, həmçinin bildirilir ki, Vaşinqton sonuncu dəfə mayın 21-də Tehrana məhdudiyyətlər tətbiq edib. O vaxtdan bəri Maliyyə Nazirliyi yeni sanksiyaların elanını ən azı iki dəfə təxirə salıb.

Yeni saziş imzalanacaqmı?

Trampın İranla bağlı bu qərarı onun administrasiyasının bəzi rəsmiləri tərəfindən birmənalı qarşılanmayıb - onlar  fasilənin uzun müddət çəkəcəyindən və əks-təsirlərindən narahatdırlar.  Beynəlxalq ekspertlərin bir qismi isə hesab edir ki, Trampın bu yanaşmasının məqsədi İranın nüvə proqramı üzrə danışıqlar fonunda gələcək məhdudlaşdırıcı tədbirləri nəzərdən keçirməkdir. Eyni zamanda, bəzi Qərb KİV-lərində Vaşinqton və Tehranın yaxın gələcəkdə nüvə enerjisi ilə bağlı saziş  imzalayacağı barədə məlumatlar dolaşmaqdadır.

Sabitlik üçün yeni imkanlar

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Vaşinqton və Tehran arasında hazırkı təmaslar Yaxın Şərq üçün xüsusi əhəmiyyət kəsb edir: “ABŞ-İran münasibətlərində buzların əriməsi - xüsusən də sanksiyaların müvəqqəti dayandırılması və Omanın vasitəçiliyi ilə aparılan dialoq Yaxın Şərqdə geosiyasi proseslərə dərin və çoxşaxəli təsir göstərə bilər. Bu addım yalnız iki ölkə arasında deyil, bütövlükdə regionda sabitliyin və əməkdaşlığın formalaşmasında, habelə iqtisadi və nəqliyyat sahəsində yeni imkanlar açır. Eyni zamanda, nüvə razılaşmasının bərpası perspektivləri güclənərsə, bu, Yaxın Şərqdə silahlanma yarışının qarşısını almağa kömək edə bilər,” - deyə V.Zifəroğlu vurğulayıb. Ekspertin sözlərinə görə, ABŞ-İran münasibətlərinin yumşalması Yaxın Şərqdə müxtəlif güc mərkəzləri arasında qarşılıqlı razılaşmaya və koordinasiyanın artmasına yol aça bilər: “Ən azı Yəmən, İraq və Suriya kimi münaqişə bölgələrində - İranın təsir imkanlarının məhdudlaşdırılması və diplomatik həll yollarının təşviq edilməsi mümkündür. Nəzərə almaq lazımdır ki, son 2 ildə İran vaxtilə təsir imkanlarının olduğu bölgələrdə kifayət qədər zəifləyib”.

Müsbət nəticənin regional təsiri...

Ekspert, həmçinin bildirib ki, ABŞ-İran dialoqu, İbrahim razılaşmaları çərçivəsində ərəb ölkələrinin İsraillə münasibətlərinə də  təsir edə bilər: “İrandan gələn “eqzistensial təhlükə” ritorikasının yumşalması, Körfəz ölkələrinin öz siyasətlərini daha balanslı qurmasına imkan verəcək.  Lakin Təl-Əvivin İranla bağlı güzəştlərə qarşı kəskin reaksiyası regional sabitliyi yenidən poza bilər. Nəzərə almaq lazımdır ki, İran daxilində də sərt mövqeli qüvvələr mövcuddur və onlar ABŞ-la aparılan danışıqlarda güzəşt edilməsinə qarşı ciddi mövqe sərgiləyirlər”.

Sonda V.Zifəroğlu əlavə edib ki, ABŞ ilə İran arasında yaxın zamanda yeni nüvə sazişinin imzalanması mümkün görünsə də, bu prosesin tezliklə və rəsmən yekunlaşacağı hələ qəti deyil.

Yunis ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 İyun 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri