Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

ABŞ və İran növbəti görüşlə bağlı razılığa gəlsə də...

ABŞ və İran növbəti görüşlə bağlı razılığa gəlsə də...

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Nüvə proqramı üzrə tərəflərin mövqeyi hələ bir-birindən çox uzaqdır

ABŞ-la İran arasında nüvə proqramı üzrə danışıqların altıncı raundunun keçirilməsi ilə bağlı razılaşma əldə edilib. Növbəti görüş  iyunun 15-nə təyin edilib. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib. “Məsləhətləşmələri nəzərə alaraq, İran-ABŞ danışıqlarının növbəti raundu iyunun 15-də  Maskatda keçiriləcək”, - deyə o qeyd edib.

Vaşinqton Tehrana təkliflər verib

Xatırladaq ki, ABŞ və İran Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün beş mərhələ danışıqlar aparıb. Onlardan üçü - aprelin 12-si, 26-sı və mayın 11-də Maskatda, digəri isə aprelin 19-da Romada baş tutub. Sonuncu - beşinci görüş isə mayın 23-də Omanın Romadakı diplomatik nümayəndəliyində gerçəkləşib.  Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edib.

Beşinci görüşdə vasitəçi qismində çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi məsləhətləşmələrdə müəyyən irəliləyişə nail olunduğunu açıqlayıb. Onun iranlı həmkarı isə öz növbəsində bir neçə görüşdən sonra Tehran və Vaşinqtonun müsbət nəticəyə ümid etdiklərini vurğulayıb.

Beşinci raundan bir neçə gün sonra Ağ Evin mətbuat katibi Karolin Livitt ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Tehranın nüvə proqramı ilə bağlı İran hakimiyyətinə ətraflı və məqbul təklif göndərdiyini bəyan edib. “Axios” portalının məlumatına görə, təklif İranın daha sonra müəyyən olunacaq müddət ərzində uranı aşağı səviyyəyə qədər zənginləşdirməyə davam edə biləcəyini nəzərdə tutur. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi isə Vaşinqtonun hələ də nüvə proqramı üzrə təklif olunan saziş çərçivəsində Tehrana qarşı sanksiyaların ləğvi ilə bağlı təminat vermədiyini bildirib. “Biz İrana qarşı tətbiq edilən sanksiyaların necə aradan qaldırılacağını bilməliyik. Keçmiş təcrübələrin təkrarlanmayacağına, iqtisadi, bank və ticarət sahələrində sanksiyaların aradan qaldırılacağına əmin olmalıyıq”, - deyə diplomat jurnalistlərin sualına cavabında bildirib.

Donald Tramp: Alternativ fəlakətlidir

Bütün bunların fonunda İranın Ali dini lideri Əli Xamenei də hesab edir ki, İranın zənginləşdirilməsindən imtina İranın nüvə sənayesini yararsız edəcək və İslam Respublikasını digər ölkələrdən asılı vəziyyətə salacaq: “Uranın zənginləşdirilməsi imkanı olmadan nüvə sənayesi faydasızdır. Belə olan halda biz atom elektrik stansiyalarının tikintisi üçün başqa ölkələrə müraciət etməliyik. Bu, neftə sahib olaraq onu emal etmək imkanının olmaması ilə müqayisə oluna bilər”. Ali dini liderin sözlərinə görə, nüvə sənayesi İrana digər istiqamətlərdə, o cümlədən əczaçılıq sahəsində uğurlu nəticələr əldə etməyə imkan verir: “ABŞ və digər ölkələr İranın tərəqqisində maraqlı olmadığı üçün Tehrana uranın zənginləşdirilməsinin tamamilə dayandırılmasını nəzərdə tutan şərtlər irəli sürürlər. Omanın vasitəçiliyi ilə aparılan danışıqlarda Vaşinqtonun irəli sürdüyü bütün təkliflər İranın prinsiplərinə ziddir”.

İranın hazırkı mövqeyi isə ABŞ Prezidenti Donald Trampı hələ ki, qane etmir. Çünki Tehran uranın zənginləşdirilməsindən imtina etmək istəmir. “İranla növbəti görüşümüz olacağına görə bir qədər gözləyəcəyik. İran hakimiyyəti mümkün olmayan bir şey istəyir və imtina etməli olduqlarından əl çəkmək istəmirlər. İranın uranı zənginləşdirmək hüququnun olmadığı halda buna imkan axtarır. Hələ lazımi məqama çatmayıblar. Bunu deməyi xoşlamıram, çünki alternativ fəlakətlidir. Onlar sövdələşmə ilə bağlı fikirlərini açıqlayıblar. Bu, sadəcə olaraq, qəbuledilməzdir”,-deyə Tramp xəbərdarlıq edib.

Rəsmi Tehran isə Vaşinqtonun təkliflərinə cavab verməyə hazırlaşır. İslam Respublikasının  Atom Enerjisi Təşkilatının nümayəndəsi Behruz Kamalvəndinin sözlərinə görə, İran ABŞ-ın Tehranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək təklifinə yaxın günlərdə cavab verəcək: “İranın ABŞ-nin yazılı təklifinə cavabı demək olar, hazırdır və yaxın günlərdə təqdim olunacaq”.

ABEA da Tehranın cavablarından razı deyil

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) də Tehranın mövqeyindən razı deyil. Agentliyin rəhbəri Rafael Qrossinin sözlərinə görə, Tehran bəzi hallarda nüvə fəaliyyəti ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin suallarına ya məhəl qoymayıb, ya da onlara qeyri-dəqiq cavablar verib. O qeyd edib ki, mövcud məlumatların hərtərəfli təhlilindən sonra AEBA belə nəticəyə gəlib ki, əvvəlki illərdə antropogen uran hissəciklərinin aşkar edildiyi üç obyekt, eləcə də bəzi digər obyektlər “İranın 2000-ci illərin əvvəllərində başa çatdırdığı bəyan edilməmiş nüvə proqramının bir hissəsi” olub. AEBA rəhbərinin fikrincə, bu proqramda bəyan edilməmiş nüvə materiallarından istifadə olunub. Təşkilatın son hesabatında da ötən illərdə bir sıra obyektlərdə aşkarlanmış bəyan edilməmiş nüvə materiallarının mövcudluğunun səbəblərinin axtarışı məsələsində irəliləyişin olmadığı bildirilir.

Bütün hallarda altıncı raundun keçirilməsi ilə bağlı əldə olunan razılıq ABŞ-la İran arasında danışıqlar imkanının tükənmədiyinə dəlalət edir. Yəqin ki, iyunun 15-də Maskatda baş tutacaq növbəti görüşdə tərəflər ziddiyyətli məqamlara aydınlıq gətirməyə çalışacaqlar.

N.BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 İyun 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri