ABŞ ilə minerallar üzrə sazişin yekun variantı hazırdır Volodimir Zelenski
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Ukrayna ABŞ ilə minerallar üzrə saziş bağlamağa hazırdır.
Trend xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyada ukraynalı və britaniyalı jurnalistlərə açıqlamasında bildirib.
“Minerallar üzrə saziş hazırdır. Sənədin yekun variantı hazırdır, nazirlər onu imzalaya bilərlər. Biz geri çəkilmirik. Bizim siyasət – məntiqli olmaqdan ibarətdir. Daha əvvəl nələrin baş verməsindən asılı olmayaraq, biz konstruktiv yanaşmanı qoruyub saxlayırıq. Bir halda ki, biz imzalanma ilə bağlı razılığa gəlmişik, biz öz tərəfimizdən buna hazırıq”, - deyə o bildirib.
Zelenski ABŞ ilə konstruktiv münasibətlərin istənilən formatına açıq olduğunu vurğulayıb.
“Bunların hamısı bizdə və əldə olunan nəticəni qoruyub saxlamağa gücümüz yetir. Biz buna ümid edirik. Masa üzərində duran saziş - bəli, tərəflər hazır olsalar, o imzalanacaq”, - deyə Ukrayna prezidenti bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 03 Mart 2025 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















