Volodimir Zelenski: Ukrayna bir daha müharibəni dayandırmağa hazırdır
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kiyev, 21 oktyabr, AZƏRTAC
“Təmas xəttində atəşkəsi təmin etməklə Ukrayna Rusiya ilə sülh danışıqlarına başlamağa hazırdır. Lakin Moskva dialoq istəmir”.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.
Prezident qeyd edib ki, Ukrayna və onun tərəfdaşlarının diplomatiya ilə bağlı mövqeləri üst-üstə düşür. Xüsusilə, Ukrayna bir daha müharibəni dayandırmağa hazır olduğunu bildirib.
Sülhün əldə olunması məsələsi Zelenskinin ABŞ Prezidenti Donald Trampla görüşündə qaldırılıb.
“Cəbhə xətti diplomatiyanın başlanğıcı ola bilər. Rusiya yenə də diplomatiyadan çəkinmək üçün əlindən gələni edir”, - Zelenski qeyd edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 21 Oktyabr 2025 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















