ABŞ ilə müqavilə nəzərdə tutulan vaxtda hazır olmayacaq ALİ RADANIN DEPUTATI
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-Ukrayna faydalı qazıntılar sazişinin yekun və tam mətninin imzalanmasının aprelin 26-na qədər hazır olacağı ehtimalı yoxdur.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak deyib.
O, Telegram-kanalında yazıb: "Çox güman ki, razılaşmanın yalnız "siyasi hissəsi" deyilən vaxta qədər hazır olar. Baxmayaraq ki, son hadisələr fonunda hazırda ən çox sual doğuran da elə siyasi hissədir".
Eyni zamanda, Jeleznyak qeyd edib ki, mineral ehtiyatlar üzrə saziş üzərində iş yaxşı istiqamətdə gedir. Deputatın sözlərinə görə, aprel ayında Ukrayna və ABŞ nümayəndə heyətləri arasında baş tutan məsləhətləşmələrin bir neçə raundundan sonra sazişin yeni mətnində faydalı qazıntıların hasilatı ilə bağlı icarə haqqı və Ukraynanın qaz nəqli sistemi, (QTS) eləcə də atom elektrik stansiyalarının Amerikanın nəzarəti altına keçməsi ilə bağlı heç bir bənd daxil edilməyəcək.
Anar Əliyev
Bu mövzuda digər xəbərlər:NAXÇIVANDA DEPUTATI BIÇAQLAMAQ İSTƏDİLƏR Biabırçı olay
04 İyul 2025 14:05
ABŞ Misir üçün nəzərdə tutulan hərbi yardımı Livana yönləndirir
08 Yanvar 2025 13:16
Şəkinin üzümçülüklə məşhur olan kəndində quraqlıq səbəbiylə bu il məhsul olmadı ŞƏKİNİN DEPUTATI İSƏ DEYİR Kİ...
29 Avqust 2025 15:47
ABŞ əfqan uşaqları üçün nəzərdə tutulan 500 ton ərzaqı məhv edəcək
17 İyul 2025 23:25
Tramp: ABŞ avqustun 1 nə nəzərdə tutulan tariflərin tətbiqini təxirə salmayacaq
30 İyul 2025 16:49
Baxış sayı:132
Bu xəbər 24 Aprel 2025 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















