NAXÇIVANDA DEPUTATI BIÇAQLAMAQ İSTƏDİLƏR Biabırçı olay
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Naxçıvanda deputatın yumruqla vurduğu sakinin həbs olunduğu deyilir.
"AzPolitika" xəbər verir ki, bu barədə “Facebook”dakı “Gündəlik Naxçıvan” səhifəsi xəbər yayıb.
Yerli sakinlərin səhifəyə verdiyi məlumatda deyilir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin üzvü Əli Abbasov Şərur rayonunun Şəhriyar kəndində sakinlərdən birini yumruqla vurub. Qısqanclıq zəminində baş verən hadisəyə deputatın kənddə “etik olmayan hərəkətlər etməsinin səbəb olduğu” bildirilir.
Sakinin döyülməsinin qisasını almaq üçün bıçaq götürüb deputatın yaşadığı Siyaqut kəndinə gəldiyi qeyd olunur.
Burada onun Ə.Abbasovu bıçaqlamaq istəyərkən bıçağın deputatın əmisioğluna dəydiyi, yaralanan şəxsin xəstəxanaya yerləşdirildiyi bildirilir. Sakin isə həbs olunub.
Şərur Rayon Polis İdarəsindən “Gündəlik Naxçıvan”a bıçaqlanma faktı təsdiqlənib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 04 İyul 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















